azeri | english
 
    ASK haqqında
    Sosial əməkdaşlıq
    Tərəfdaşlıq sazişləri     Layihə və proqramlar
    Beynəlxalq tərəfdaşlıq
    Biznes təkliflər     Üzvlük haqqında     Aylıq bülleten     Arxiv
.: Sahibkarların nəzərinə
         6-10 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda Mədən və Metal İxracatçı Birliyi Ümumi Katibliyinin təşkilatçılığı altında “ CeBIT İnformasiya Avroaziya Beynəlxalq Məlumat və Ünsiyyət Texnologiyaları” Sərgisi çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.
 


         10-14 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda Orta Anadolu İxracatçı Birliyi Ümumi Katibliyinin təşkilatçılığı altında “TATEF 13-cü Beynəlxalq Metal İşləmə və Texnologiyaları” Sərgisi çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.


       Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.


2 dekebr 2010-cu il tarixdə Yunanıstanın Saloniki şəhərində Qara dəniz bölgəsində sahibkarlığın və yaşıl inkişafın təşviq edilməsi üzrə Biznes Forum keçiriləcək.


6-10 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda “14-cü Beynəlxalq İş Forumu (IBF) Konqresi” və “13-cü MÜSİAD Beynəlxalq Ticarət Sərgisi” çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.


          27-29 avqust 2010-cu il tarixlərində Çinin Vencou (Wenzhou) şəhərində 15-ci Beynəlxalq Dəri, Ayaqqabı malları və Ayaqqabı istehsalı maşınları Sərgisi keçiriləcək.


İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.


             4-5 sentyabr 2010-cu il tarixində Rusiya Federasiyasının Muçirinski şəhərində Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi və Tambov vilayətinin rəhbərliyi ilə “Bağçılıq günü-2010” Ümumrusiya sərgisi keçiriləcək.


         8-11 sentyabr 2010-cu tarixlərində Çinin Fyizyan vilayətinin Syamen şəhərində 14-cü Beynəlxalq İqtisadi-Ticarət və İnvestisiya yarmarkası və 2-ci Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.  


1-3 noyabr 2010-cu il tarixində Moskva şəhərinin “Krokus Ekspo” sərgi mərkəzində 2-ci xüsusiləşdirilmiş tikinti materialları “Строительный сезон – 2010” adlı sərgisinin keçirilməsi nəzərdə tutulur.


          Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.


            Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.


            Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.


           İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.


        Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.


        ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.


Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.


Sahibkarların nəzərinə !!!
 
Koreya Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət şöbəsi ASK-ya müraciət edərək bildirir ki, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) 1962-ci ildə yaradılmış və ölkədə ixracyönlü iqtisadiyyatın tez bir zamanda inkişafına təkan vermişdir. Hazırda KOTRA yüzdən çox xarici nümayəndəliklərdən ibarət qlobal təşviqat şəbəkəsinə malikdir. Təşkilatın əsas vəzifələri ticarət və investisiyalara yardım, xarici bazarların öyrənilməsi və biznes tərəfdaşlarının axtarılmasından ibarətdir. Bu sahədə böyük təcrübəyə və peşəkar kadrlara malik olan təşkilat Koreya ilə iş birliyi yaratmaq istəyən bütün qurumlara və iş adamlarına yardım göstərir.
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq. Sərgi çərçivəsində Koreya şirkətləri ilə təkbətək görüşlər keçiriləcəkdir. (Şirkətlər və sərgi haqqında daha ətraflı məlumat www.foodshow.kr veb səhifədə əldə edə bilərsiniz) 
Bildiririk ki, ASK-nın üzvləri üçün güzəştli şərtlər təklif olunur.
 
 
Əlavə məlumat üçün ASK-ya müraciət edə bilərsiniz.
Tel        : 465-72-42/43
 


 



            
                   TEXNIKABANK



            

            
  AZƏRBAYCAN BEYNƏLXALQ BANKI

            
            
            

            

            

            

            

            
            
            

            

            

            












 
 
  Əlaqə
 
  Bizim xidmətlərimiz
 
  Faydalı saytlar
 
  Foto qalereya
 
  Nəşrlər