Dünya Sahibkarlıq Forumu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Dünya Sahibkarlıq Forumu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (World SME Forum) icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında keçirilən görüşdə kiçik və orta sahibkarlıqla bağlı bir çox məsələlər müzakirə edib.

Görüş zamanı iki qurum arasında gələcək əməkdaşlıq, birgə layihələrin icra mexanizmləri, kiçik və orta sahibkarlıq və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 Bundan sonra Azərbaycan Respublikası Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası   Dünya  Kiçik və Orta Sahibkarlar Forumunun Baş Assambleyasının üzvü kimi  təmsil olunacaq.

Konfederasiyanın fəaliyyəti ilə bağlı məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd  Musayev ölkəmizdə özəl sektora  göstərilən dövlət qayğısından da söz  açıb. Qeyd edib ki, son vaxtlar  kiçik və orta sahibkarların işinin  asanlaşması üçün bir çox tədbirlər görülür. Dünyada olan təcrübəni Azərbaycanda tətbiq etmək olacaq. Bu sahədə ölkəmizdə çox işlər görülüb, bununla bu təşkilatla əməkdaşlıq KOS-ın fəaliyyətini canlandıracaq.

World SME Forumunun icraçı direktoru Tunc Uyanık Azərbaycanda özəl sektora, xüsusilə də  kiçik və orta sahibkarlığın inkişafına göstərilən diqqətin  sevindirici hal  olduğunu  da bildirib.  Qonaq  World SME Forumunun  Azərbaycan Sahibkarlar Konfederasiyası ilə  əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Qeyd edib ki, Dünya Kiçik və Orta Sahibkarlıq Forumu (World SME Forum)   13 may 2015-ci ildə yaradılıb. Təsisçi TOBB və Beynəlxalq Ticarət Palatasıdır. Təşkilatın yaradılmasında əsas məqsəd isə dünyada biznes mühitinin, həmçinin KOS-ın fəaliyyətinin canlandırılması, beynəlxalq təcrübədən yararlanmaq olub.

Sonda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə  World SME Forumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

World SME Forumuna ilk üzv ölkəmizdən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası oldu.