28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür


2017-ci il aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması  tədbiri keçirilib.

28 aprel – Ümumdünya əməyin mühafizəsi gününə, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən irəli sürülmüş «Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktikamədəniyyətininmöhkəmləndirilməsi» devizinə həsredilmiş tədbir  istehsalatdabaş vermiş bədbəxthadisələrnəticəsində həlak olanların xatirəsinin 1 dəqiqəliksükutlayadedilməsilə başlanıb.

Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev giriş sözü ilə çıxış edib. AHİK sədri S.Mehbalıyev bildirib  ki, “Ümumdünya əməyin mühafizəsi” günü ilk dəfə 1989-cu ildə ABŞ və Kanadada istehsalatda həlak olmuş işçilərin xatirəsini yad etmək üçün anım mərasimi kimi keçirilib. Azad Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Dünya Həmkarlar İttifaqları Konfederasiyaları layiqli əmək şəraiti yaradılması işinə diqqəti cəlb etmək məqsədilə həmin günü ümumdünya tədbiri günü elan ediblər. Azərbaycanda bu tədbir 2004-cü ildən etibarən hər il qeyd olunur.

BƏT-in məlumatına görə, dünyada hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 5000-dən çox insan həlak olur. Hər il istehsalatda 2,0-2,3 milyon insan həyatını itirir, onlardan 300.000 nəfəri istehsalat xəsarəti nəticəsində  1,7-2,0 milyon nəfəri isə müxtəlif xəstəliklərdən ölür.

MDB üzrə statistik məlumatlara əsasən hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2 min insan həlak olur. Peşə xəstəliklərindən həlak olanların sayı isə bədbəxt hadisələrdən ölənlərin sayından 6 dəfə çoxdur.

     İstehsalat zədələnməsi ilə əlaqədar respublikada yaranmış vəziyyətə nəzər salsaq görərik ki, 2015-ci ilə nisbətən həmkarlar ittifaqının əhatə dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalat xəsarəti alanların sayı 33,8 faiz (71 nəfərə qarşı 95 nəfər),istehsalat xəsarəti nəticəsində həlak olanların sayı 48,5 faiz (33 nəfərə qarşı 49 nəfər,artıbdır. Respublika üzrə istehsalatda xəsarət alanların ümumi sayının 55,6 faiz (160 nəfərə qarşı 249 nəfər), istehsalat xəsarətindən ölənlərin sayının isə 71,4 faiz (49 nəfərə qarşı 84 nəfər) artmasına səbəb olubdur.

Biz, həmkarlar ittifaqları olaraq, yaranmış vəziyyəti araşdıraraq, heç də həmişə ürəkaçan olmayan istehsalat zədələnmələrinin dinamikasına biganə qala bilmərik. AHİK sədri vurğulayıb ki, əməyin mühafizəsi AHİK-in daima diqqət mərkəzində saxladığı prioritet məsələlərindən biridir.

Tədbirdə həmçinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev,Azərbaycan Respublikası  Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyəv  çıxış etdilər.

`Sonda 20 sahə həmkarlar ittifaqını təmsil edən 46 müəssisə, təşkilat, sex və sahə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olundu.