Azərbaycan və Krasnodarsk vilayəti sahibkarları üçün ikitərəfli biznes görüşlər keçirəcəklər


 

Bildiririk ki, Krasnodarsk vilayətinin İxrac üzrə Koordinasiya Mərkəzi, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi və Azərbaycan-Rusiya Biznes Şurası birgə 18 may     2017-ci il tarixində saat 09:30-14:00-dək “Park İnn Baku” otelinin “Dan Ulduzu” zalında Azərbaycan və Krasnodarsk vilayəti sahibkarları üçün ikitərəfli biznes (B2B) görüşlər keçirəcəklər.

Krasnodarsk vilayətini təmsil edən nümayəndə heyəti 19 may 2017-ci il tarixində isə yerli şirkətlərə səfər etməyi planlaşdırır. İşçi qrupunun siyahısı haqda ətraflı məlumatı əlavədən və göstərilən linkdən https://cloud.mail.ru/public/JhUQ/JBCSUn72v ala bilərsiniz. (Əlavə 1)

Sizi sözügedən biznes görüşlərdə iştiraka dəvət edirik.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə ASK-ya məlumat verməniz mütləqdir.

 

Əlaqələndirici  şəxs: Nurlana  Həsənova

                Tel: (012) 465 72 42/43

                E-mail: nhasanova@ask.org.az