AZƏRBAYCANIN İT ŞIRKƏTLƏRI HINDISTANA DƏVƏT OLUNUR

AZƏRBAYCANIN İT ŞIRKƏTLƏRI HINDISTANA DƏVƏT OLUNUR


      Hindistanın Elektronika və Proqram Təminatı İxracının Təşviqi Şurası24-25 yanvar 2018-ci il tarixlərində Banqalorda (Hindistan) informasiya texnologiyalarına həsr olunmuş iki böyük beynəlxalq tədbirini - XVIII INDIASOFT və II INDIA ELECTRONICS EXPO təşkil edəcək. Tədbirlər Hindistanın Ticarət və Sənaye Nazirliyi tərəfindən maliyyələşdirilir.

      INDIASOFT 2018-ə Proqram Təminatlarının hazırlanması, informasiya təhlükəsizliyi, Veb və Mobil, Klaud Kompyutinq, IoT/ M2M sahələri üzrə bir çox innovasiyaları nümayiş etdirəcək və İT start-upların da daxil olduğu 200-dən çox Hindistan İT şirkətinin qatılacağı gözlənilir. INDIASOFT 2018 haqqında daha ətraflı məlumatı www.indiasoft.org saytından əldə edə bilərsiniz.

      Ənənəvi olaraq hər il keçirilən INDIASOFT sərgisi ilə eyni vaxtda və məkanda ilk dəfə olaraq INDIA ELECTRONICS EXPO 2018 dəkeçiriləcək. INDIA ELECTRONICS EXPO 2018 zamanı Hindistan istehsalı olan ən son elektronika avadanlıqları, məhsulları, innovasiyalar nümayiş olunacaq. INDIA ELECTRONICS EXPO 2018 haqqında ətraflı məlumatı www.indiaelectronicsexpo.com əldə edə bilərsiz. 

      Tədbirdə iştirak üçün seçilmiş şirkətlərin nümayəndələri (hər şirkətdən yalnız 1 nümayəndə) üçün ekonom-klass tarifi ilə uçuş bileti təmin olunacaq. Bu zaman Hindistan şirkətləri ilə əməkdaşlıqda maraqlı olan idxalçı İT şirkətlərinə üstünlük veriləcək. Digər xərclər şirkətlərin özləri tərəfindən qarşılanmalıdır.

       İştirak etməkdə maraqlı olan şirkətlərdən ASK-ya məlumat vermələri xahiş olunur.

       Əlaqələndirici şəxs: Nurlana Həsənova, e-mail: nhasanova@ask.org.az