Dövlət antiinhisar siyasətinin səmərəliliyinin artırılması yolları


           Bildiririk ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) təşkilatçılığı ilə “İqtisadi islahatlara ekspert dəstəyi” layihəsi çərçivəsində   9 iyun 2017-ci il tarixində saat 10:45-də Konfederasiyanın konfrans zalında (Ak.Həsən Əliyev 57) “Dövlət antiinhisar siyasətinin səmərəliliyinin artırılması yolları” mövzusunda dəyirmi masa keçiriləcəkdir.

            Sizi sözügedən tədbirdə iştiraka dəvət edirik.

            Dəyirmi masada iştirak edəcəyiniz təqdirdə ASK-ya məlumat verməniz mütləqdir.

           Əlaqələndirici  şəxs: Nurlana  Həsənova

            Tel: (012) 465 72 42/43

            E-mail: nhasanova@ask.org.az