3-cü Advantage Health Care – İndia 2017

3-cü Advantage Health Care – İndia 2017


Hörmətli səhiyyə sektoru nümayəndələri!

 Bildiririk ki, Hindistan Ticarət və Sənaye Nazirliyi, Hindistan Ticarət və Sənaye Palataları Federasiyası (FICCI)  12-14 oktyabr 2017-ci il tarixlərində Benqaluru Beynəlxalq Sərgi Mərkəzində 3-cü Advantage Health Care – İndia 2017 (AHCI) Tibb sərgisi keçirəcəkdir.

 Sərgi çərçivəsində konfrans, regional forum və B2B görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 Qeyd olunan sərgi haqda ətraflı məlumatı göstərilən web səhifəsindən http://www.ahcindia.in/ ala bilərsiniz.

 Sərgi iştirakçılarının bilet və otel xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.

 Sizi sözegedən sərgidə iştiraka dəvət edirik. Son müraciət tarixi: 14.07.2017

 Tədbirdə iştirak edəcəyiniz təqdirdə ASK-ya məlumat verməniz mütləqdir.

  Əlaqələndirici  şəxs: Nurlana  Həsənova

 Tel: (012) 465 72 42/43

 E-mail: nhasanova@ask.org.az