Azərbaycanda yeni Peşə təhsili və Təlimi haqqında Qanun layihəsinin hazırlanmasında işəgötürənlərin rolu

Azərbaycanda yeni Peşə təhsili və Təlimi haqqında Qanun layihəsinin hazırlanmasında işəgötürənlərin rolu


Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında təsis edilmiş Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının   “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində 13 iyul 2017-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində  “Azərbaycanda yeni Peşə təhsili və Təlimi haqqında Qanun layihəsinin hazırlanmasında işəgötürənlərin rolu” mövzusunda seminar keçirilib.

Seminarda işəgötürənlərin məsləhətləşmə prosesinə cəlb olunması, layihə tərəfindən hazırlanmış PTT təcrübəsi ilə bağlı tərəfdaş təşkilatların mövqeyinin öyrənilməsini hədəfləyən sorğu və PTT haqqında qanunun konsepsiya sənədi müzakirə edilib.