Latviya – Azərbaycan Əməkdaşlıq Şurasının toplantısı keçirildi

Latviya – Azərbaycan Əməkdaşlıq Şurasının toplantısı keçirildi


Riqada Latviya-Azərbaycan biznes forumu çərçivəsində Əməkdaşlıq Şurasının iclası keçirilib. Latviya İşəgötürənlər Konfederasiyasının prezidenti Vitaliy Qavrilov və vitse-prezident İvar Strautınış şuranın iclasını açıq elan edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının  vitse prezidenti Vüqar Zeynalov iclasda təqdimatla çıxış edərək, “Sahibkarlığın inkişaf pespektivləri və hazırki vəziyyəti” ilə bağlı məruzə edib.

Tədbir daha sonra işəgötürənlərin aktual problemləri, gələcək imkanlar və perspektivlər ilə bağlı müzakirələrlə davam edib. Qarşılıqlı investisiya qoyuluşları, şirkətlər üçün yeni bazar imkanları, nəqliyyat, səhiyyə, hava daşımaları üzrə ölkələrin əməkdaşlıq potensialına dair təkliflər səsləndirilib.  Eyni zamanda Latviya-Azərbaycan işəgötürənləri arasında gələcəkdə əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və s. kimi məsələlər müzakirə edilib.