II Beynəlxalq Meyvə-Tərəvəz Yarmarkası

II Beynəlxalq Meyvə-Tərəvəz Yarmarkası


Hörmətli sahibkarlar!

 Bildiririk ki, 6-8 sentyabr 2017-ci il tarixlərində Daşkənd şəhərində II Beynəlxalq Meyvə-Tərəvəz  Yarmarkası keçiriləcəkdir.

Yarmarka iştirakçıları Özbəkistanın yeni ekoloji təmiz və emaledilmiş kənd təsərrüfatı məhsulları ilə tanış olacaq, B2B görüşlər keçirə biləcək, müqavilə əsasında yerli meyvə-tərəvəz istehsalçıları ilə uzunmüddətli qarşılıqlı əlaqələr qura biləcəklər.

Sizi sözügedən yarmarkada iştiraka dəvət edirik.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməniz  mütləqdir. Son müraciət tarixi: 21.08.2017

 

Əlaqələndirici  şəxs: Nurlana  Həsənova

Tel: (012) 465 72 42/43

E-mail: nhasanova@ask.org.az