Təcrübə Proqramı

Təcrübə Proqramı


Əziz gənclər və tələbələr,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Sizi 3 aylıq Təcrübə Proqramında iştirak etməyə dəvət edir.  ASK-da təcrübə keçməklə Siz nəinki öz nəzəri bilik və bacarıqlarınızı tətbiq etmək, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən iri, orta və kiçik sahibkarlarlıq müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaq və maraqlı layihələrdə iştirak etmək imkanı əldə edəcəksiniz.

Təcrübə Proqramına aşağıdakı ixtisaslar üzrə 3-cü və 4-cü kurs tələbələri, magistrantlar və məzunlar müraciət edə bilər:

- İqtisadiyyat

- Maliyyə

- Biznesin idarə edilməsi

- Marketinq

- Beynəlxalq əlaqələr

- Dilşünaslıq və tərcümə

- Hüquq

- Jurnalistika

- Komputer elmləri

Təcrübə proqramı həftədə 5 dəfə olmaqla iş gününün yarısını (9:00-13:00 və ya 14:00-18:00) əhatə edir və ödənişsizdir. Təcrübə proqramını uğurla başa vuranlara ASK tərəfindən sertifikat və xasiyyətnamə təqdim olunacaq.

Proqramda iştirak etmək istəyənlərdən aşağıdakı keçid vasitəsilə Müraciət formasını doldurmaları xahiş olunur

https://docs.google.com/forms/d/e/1FAIpQLSclih8W05diwuHRYeJOUqKUd8EvP_TPuJ5bqH8ZLk9UOpnxXQ/viewform

Müraciət üçün son tarix: 7 sentyabr 2017-ci il

Yalnız müraciət formalarının dəyərləndirilməsi əsasında növbəti mərhələyə dəvət alanlarla əlaqə saxlanılacaq. Təcrübəçilər üz-üzə müsahibə və bəzi sahələr üzrə (məs. tərcümə, ictimaiyyətlə əlaqələr və s.) yazılı tapşırıqlar əsasında seçiləcək.