“Azərbaycanda Həştərxan günləri” adlı tədbir keçirilib

“Azərbaycanda Həştərxan günləri” adlı tədbir keçirilib


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Həştərxan kiçik və orta Sahibkarlığa Dəstək Fondunun təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Azərbaycanda Həştərxan günləri” adlı tədbir keçirilib. Rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən  25-dən çox iş adamının da  iştirak etdiyi tədbirdə mövcud bazar imkanları araşdırılıb və gələcək əməkdaşlıq imkanları,kiçik və orta sahibkarlığın inkişaf pespektivləri  müzakirə edilib.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Dövlət orqanları və sahibkarlarla iş şöbəsinin baş mütəxəssisi Fərhad Osmanov  ölkədə qeyri-neft sektorunun, xüsusilə də özəl sektorun inkişafını stimullaşdırılan tədbirlərdən, son vaxtlar  ASK-nın biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən  söhbət açıb. Yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib, ASK-nın qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.

Həştərxan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə  yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə ediblər.

Daha sonra nümayəndə heyəti Sumqayıt Texnoloji parkına ziyarət etməklə yanaşı, bir çox zavod və fabriklərlə  də yaxından tanış olublar.