Məmməd Musayev AR Auditorlar Palatasının fəxri üzvü seçilmişdir


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ötən illərdə ölkədə auditin inkişafında xüsusi xidmətlərinə və bu sahədə effektiv əməkdaşlıq əlaqələrinin qurulmasına görə Azərbaycan Respublikası Auditorlar Palatasının fəxri üzvü seçilmişdir.

Auditorlar Palatası Şurasının  2017-ci il 19 oktyabr tarixli 291/6 saylı qərarı iləASK prezidenti bu statusa layiq görülmüşdür.

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2015-ci il 22 iyun tarixli 264/2 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatasına üzvlük haqqında” Əsasnaməyə uyğun olaraq, Palata daimi olaraq auditin inkişafına xüsusi tövhə verən şəxsləri müəyyən edərək fəxri üzvlər siyahısına daxil edir.

Qeyd edək ki, hal-hazırda Azərbaycan Respublikası Auditorlar Palatasının yerli və əcnəbi şəxslərdən ibarət 21 fəxri üzvü vardır.

http://www.audit.gov.az/index.php?type=content&subid=217&cid=217