“Azərbaycan - Çin Texnologiyaların Transferi Mərkəzi”-nin açılışı

“Azərbaycan - Çin Texnologiyaların Transferi Mərkəzi”-nin açılışı


Sahibkarların nəzərinə!

Məlumat üçün bildiririk ki, 18-19 noyabr 2017-ci il tarixlərində Çin Xalq Respublikası  Nümayəndə Heyətinin Azərbaycana səfəri çərçivəsində 19 noyabr 2017-ci il tarixində saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan - Çin Texnologiyaların Transferi Mərkəzi”-nin açılışı və eyni zamanda Çin-Azərbaycan iş adamlarının ikitərəfli görüşləri keçiriləcəkdir.

Sizi sözügedən tədbir və görüşlərdə iştirak etməyə dəvət edirik.

Tədbirdə iştirak üçün göstərilən linkə daxil olub,  https://ask10.typeform.com/to/fepPXT  qeydiyyatdan keçməniz mütləqdir.

 

 Əlaqələndirici  şəxs: Nurlana  Həsənova

 Tel: (012) 465 72 42/43

 E-mail: nhasanova@ask.org.az