Azərbaycan Sahibkarlar Konfederasiyasının pavilyonu iştirakçılar tərəfindən maraqla qarşılanmışdır


29 noyabr  2017-ci ildə Azərbaycanda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi təşkil edilmişdir. Sərgidə bir neçə yerli və xarici tikinti şirkətləri, eləcə də investisiya qurumları öz layihələrini təqdim etmişlər.

Açılış mərasimində çıxış edən AR Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab  Kərəm Həsənov bildirmişdir ki, sərgidə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən onlarla şirkət də öz xidmətlərini təqdim edirlər. Sərginin məqsədi ölkədə daşınmaz əmlak bazarını canlandırmaq, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcmini artırmaqdır.

Sərgidə Azərbaycan Respublikası Sahiblarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də pavilyon təqdim edilmişdir. Burada Konfederasiyanın  fəaliyyət istiqamətləri üzrə məlumatlar, ASK-nın mətbu orqanı olan Biznes Həyatı jurnalı ziyarətçilərə nümayiş olunur.

Qeyd edək ki, sərgi 30 noyabr 2017-ci il tarixədək  davam edəcəkdir.