MƏLUMAT BÜLLETENİ

MƏLUMAT BÜLLETENİ


MƏLUMAT BÜLLETENİ

 

SƏRGİLƏR

Tarix

TÜYAP İstanbul Fuar ve Kongre Mərkəzində Avrasiyanın ən iri

27-ci Beynəlxalq İstanbul Plastik Sənayə sərgisi “Plast Eurasia İstanbul 2017” keçiriləcəkdir. Sərgidə əhatə olunan sahələr: plastik qablaşdırma texnologiyaları maşınları, qablaşdırma və tara istehsalı, isitmə - soyutma mexanizmlərin istehsalı, şüşə məmulatları istehsalı, mətbəə, qida sənayesi, kosmetika istehsalı, mebel istehsalı, əczaçılıq sənayesi, turizm və reklam.

Sərgi təşkilatçısı sərgi iştirakçıları üçün aşağıda qeyd olunan xərcləri öz üzərinə götürür:

  • İstanbul şəhərində 5 * oteldə səhər yeməyi daxil olmaqla üc gün / iki gecə qonaqlama;
  • Oteldən sərgi kompleksinə transfer xidməti

 

06 – 09.12.2017

Keçirildiyi yer

Türkiyə, İstanbul

Qeydiyyat üçün son tarix

 24.11.2017

TƏLİM

Tarix

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Business Group Ltd. marketinq və konsaltinq agentliyi tərəfindən “İstehsal və Topdansatış Fəaliyyət” sahəsi üzrə BÖHRAN DÖVRÜNDƏ MƏNFƏƏTLİLİYİN ARTIRILMASI modulu tərtibedilmişdir.  Sözügedən modulun master klassıbiznes məsləhətçisi Yusif Əliyev tərəfindən təqdim olunacaqdır.

Master klassın müddəti:           14.00 – 17.00

Hədəf qrupu:                          Qərarverici şəxslər

Qeyd edək ki, master klassda iştirakçı sayı məhduddur. İştirak etmək üçün https://ask10.typeform.com/to/QYdZUekeçidə daxil olaraq    qeydiyyatdan keçmək mütləqdir.

Master klass ödənişsiz əsaslarla keçiriləcəkdir.

 08.12.2017

Keçirildiyi yer

Bakı ş., akad. Həsən Əliyev küç, 57

Qeydiyyat üçün son tarix

 06.12.2017

TENDER

Tarix

Dövlət Miqrasiya Xidməti açıq tenderə dəvət edir:

Tender 1 lot üzrə keçirilir:

lot 1 - Əməkdaşlar üçün xüsusi geyim dəstləri.  Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanından ala bilərlər.

Əlaqələndirici şəxs: Gülsüm İsmayılova

telefon: (+99412) 565-61-18 (daxili 255)

İştirak haqqı: lot 1 - 350 manat 

 20.11.2017

Keçirildiyi yer

Bakı şəhəri, Binəqədi rayonu 3123-cü məhəllə, Binəqədi şossesi 202

Qeydiyyat üçün son tarix

2017-12-06 15:00 tarixinə qədər

 

Tarix

AQROLIZINQ ASC AÇIQ TENDERƏ DƏVƏT EDİR: Tenderin mövzusu - Cihaz və avadanlıqlar. Tender 2 lot üzrə keçirilir:

lot 1 - Toxum yetişdirmə məntəqəsinin diaqnostika laboratoriyası üçün avadanlıqlar lot

2 - Süni iqlim otaqları üçün cihaz və avadanlıqlar

 İştirak haqqı: lot 1 - 300 manat, lot 2 - 300 manat

 

 

 

 

Əlaqələndirici şəxs :

Abdullayeva Vəfa Hikmət qızı,

Telefon: 425-66-94; (+99451) 255-92-40

 11.10.2017

Keçirildiyi yer

 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi-12

Qeydiyyat üçün son tarix

2017-12-27 15:00

 

BİZNES

Tarix

“Clover Groupe” MMC Azərbaycan bazarında əməkdaşlıq qurmaq niyyəti ilə kommersiya təklifi ilə çıxış edir.

Şirkət kənd təsərrüfatı, qida, bioyanacaq və digər məhsulların Ukraynada ixracı ilə məşğuldur. Daha ətraflı məlumat şirkətin www.clover-groupe.com internet səhifəsindən əldə edə bilərsiniz.

 06.11.2017

Qeydiyyat yeri

Ukrayna, Lvov

Əlaqə üçün

clover-group@gmail.com

Sahə

Kənd təsərrüfatı

 

Tarix

“Urban Eksperts” MMC çoxfunksiyalı ticarət kompleksləri və ticarət mərkəzlərinin layihələndirilməsi ilə məşğuldur. Ukrayna ərazisində icra etdiyi layihələr: Lavina, Ocean Plaza, Mirax, Ocean Mall, Lermontovo və s. İngilis tərəfdaşı olan Leslie Jones Architects şirkəti dünyanın ən yaxşı kommersiya, daşınmaz əmlak obyektləri, o cümlədən Westfield ticarət mərkəzi, Dubay Hava Limanı, Hong Kong hava limanı, və digər əhəmiyyətli obyektləri inşa etdirmişdir. Daha ətraflı məlumatı şirkətin https://urbanexperts.co/internet səhifəsindən əldə edə bilərsiniz.

 06.11.2017

Qeydiyyat yeri

Ukrayna, Kiyev

Əlaqə üçün

bilotskyi@urbanexperts.co

Sahə

Komplekslərin layihələndirilməsi

 

Tarix

“Ukrainskaya orqanika” MMC 100% orqanik gübrələrin istehsalı, qablaşdırılması və satışı üzrə tam texniki silsiləyə malikdir. Hal-hazırda məhsullarını Livan, Küveyt bazarlarına ixrac edir. İldə 100 000 ton məhsul istehsal etmək gücünə sahibdir. Daha ətraflı məlumatı şirkətin www.ukrorganics.cominternet səhifəsindən əldə edə bilərsiniz.

 06.11.2017

Qeydiyyat yeri

Ukrayna

Əlaqə üçün

info@ukroorganics.com

Sahə

Kənd təsərrüfatı

 

Tarix

“Krupyanoy tok” MMC taxıl, zeytun və onların törəmə məhsullarının həm daxili həm də xarici bazarlarda topdan satışı, nəqliyyat və göndərilmə xidmətlərini təqdim edir.Öz taxıl anbarı və konteyner terminalı mövcuddur. Hal-hazırda Polşa, Estoniya, Hollandiya, Çexiya, Litva, Latviyaya öz məhsullarını ixrac edir. Daha ətraflı məlumatı şirkətin http://khlibodar.com.uainternet səhifəsindən əldə edə bilərsiniz.
 06.11.2017

Qeydiyyat yeri

Ukrayna, Kirovoqrad

Əlaqə üçün

krupyaniytik@gmail.com

Sahə

Kənd təsərrüfatı

Tarix

Özbəkistan Respublikasında fəaliyyətdə olan Nəvoi azad iqtisadi zona Azərbacandan olan sahibkarları əməkdaşlığa dəvət edir. İnvestorlar üçün əlverişli biznes şəraitinin təmin olunması, iqtisadi zonanın investisiya potensialının artırılması, zona ərazisində qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin inkişafı üçün bir sıra imtiyazlar nəzərdə tutulur:

  • Torpaq vergisindən azad olmaq
  • Əmlak vergisindən azad olmaq
  • Gəlir vergisindən azad olmaq
  • Özbəkistan Respublikasının qanunvericiliyində nəzərdə tutulan sosial infrakstukturun inkişafına yönəlmiş vergidən azad olmaq

Bununla yanaşı, investisiya həcmindən asılı olaraq son 5 il ərzində gəlir vergisi və ümumi vergi ödəmələrin 50% güzəştlə ödəmə haqqı ilə:

  • 300.000 $ - 3 000 000 $ - 3 il müddətinə
  • 3 000 000 $ - 5 000 000 $ - 5 il müddətinə
  • 5 000 000 $ - 10 000 000 $ - 7 il müddətinə
  • 10 000 000 $ yuxarı – 10 il müddətinə

564 ha ərazisi olan azad iqtisadi zonada dəmir yolu xətti, 

M-37 beynelxalq avtomaqistrala bağlı avtomobil yolu, ayrıca gömrük məntəqəsi mövcuddur. Yaxınlıqda yerləşən NAVAİ hava limanından Dubay, Şanxay, İstanbul, Dakka, Xanoy, İnçxon və bir sıra Avropa şəhərlərinə reyslər təşkil olunur.

 14.11.2017

Qeydiyyat yeri

Özbəkistan

Əlaqə üçün

http://www.feznavoi.uz/

 

Tarix

“Ays-krim Servis” MMC Azərbaycandan olan sahibkarlar üçün kommersiya təklifi ilə çıxış edir. Şirkət dondurmanın qeyri-sənaye üsulu ilə istehsalı üçün inqrediyent və əlaqədar məhsulların satışı ilə məşğul olur. Gelato, Soft dondurması, donsurulmuş yoqurtun hazırlanması texnologiyalarını tətbiq edir və təlim keçirir. Polşa, Ukrayna, İtaliyanın ən qabaqcıl istehsalçıları ilə əməkdaçlıq edir. 9001 və 22000 İSO standart sertifikatları almışdır.

“Ays-krim Servis” MMC şirkətinin məhsulları haqqında daha ətraflı məlumatla www.icecreamservice.com saytında tanış olmaq olar.  

 09.11.2017

Qeydiyyat yeri

Ukrayna

Əlaqə üçün

marketing@icecreamservice.com.ua

Sahə

Qida sənayesi

 

Tarix

“Kupyanskiy süd – konserv kombinatı”xüsusi səhmdar cəmiyyət Azərbaycandan olan sahibkarlar üçün kommersiya təklifi ilə çıxış edir. “Kupyanskiy SKK” XSC üç texnoloji sexdən ibarətdir:

  • Şəkərli qatılaşdırılmış süd konservləri sexi
  • Şirin kərə yağı, ultrapasterizə edilmiş süd və kəsmik məhsulları istehsalı üzrə sahələri olan üzlü süd məhsulları sexi
  • Quru süd məhsüllarının istehsalı sexi

Daha ətraflı məlumatı şirkətin www.kmk.ua internet səhifəsindən əldə edə bilərsiniz.

 13.11.2017

Qeydiyyat yeri

Ukrayna, Xarkov

Əlaqə üçün

 

Sahə

Qida sənayesi

 

Əlavə məlumat üçün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasına müraciət edə bilərsiniz.