“Kalininqrad vilayəti xüsusi iqtisadi zona-biznesin inkişafı və imkanları” adlı İqtisadi Forum

“Kalininqrad vilayəti xüsusi iqtisadi zona-biznesin inkişafı və imkanları” adlı İqtisadi Forum


Hörmətli sahibkarlar!

Məlumat üçün bildiririk ki, 13-14 dekabr 2017-ci il tarixində Kalininqrad vilayəti qubernatorluğunun təşkilatçılığı ilə  Rusiyanın Kalininqrad vilayətində “Kalininqrad vilayəti xüsusi iqtisadi zona-biznesin inkişafı və imkanları” adlı İqtisadi Forum keçiriləcəkdir.

Forumda yeni investisiya layihələrinin təqdimatı, vilayət ərazisində xüsusi iqtisadi zonaların rolu barədə müzakirələrin həyata keçirilməsi nəzərdə tutulur.

Sizi sözügedən forumda iştiraka dəvət edirik.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə, Azərbaycan Sahibkarlar Konfederasiyasına  məlumat verməniz mütləqdir.

Qeyd edək ki, forumda iştirak sahibkarların öz hesabınadır. Son müraciət tarixi: 11.12.2017

 

Əlaqələndirici şəxs: Cavid Kərimov

 Tel: 012 465 72 42

 E-mail: ckarimov@ask.org.az