Təlim keçiriləcək

Təlim keçiriləcək


Məlumat üçün bildiririk ki, 27 dekabr 2017-ci il tarixində UNEC-də Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC-də qəbul edilmiş“Strateji Plan”ın “KOS subyektlərinin maliyyə savadlılığının artırılması” bölməsinin 2.2.2 bəndindəki “Müəssisənin maliyyə vəziyyətinin əsas göstəriciləri, bazarda mövcud olan maliyyə məhsulları və xidmətləri, KOS subyektlərinin maliyyə məhsulları və xidmətlərindən istifadə prosesində meydana çıxan əsas risklər”lə bağlı bir günlük təlim keçiriləcəkdir.

Sizi sözügedən təlimdə iştiraka dəvət edirik.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə Azərbaycan Sahibkarlar Konfederasiyasına  məlumat verməniz mütləqdir.

Əlaqələndirici şəxs: Elmira Balıyeva