ASK-da ABŞ Səfirliyi ilə görüş keçirilmişdir


Bu ilin yanvar ayının 24-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti cənab Məmməd Musayev ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Robert Sekuta arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri, ölkəmizdə özəl sektorun inkişaf inkanları müzakirə edilmişdir. Azərbaycanda  qeyri- neft sektorunun inkişafı,  xarici investorlar üçün mövcud  şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı cənab Məmməd Musayev bildirmişdir ki, ölkəmizdə  sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının artıq müsbət nəticələrini görmək mümkündür. Ötən il qeyri-neft sektorunun inkişafı, xüsusilə də kənd təsərrüfatının bir çox sahələrində artım qeydə alınmışdır. İdxaldan asıllığın aradan qaldırılması istiqamətində yerli istehsalın keyfiyyəti artırılır, turizmin  inkişafına xüsusi diqqət göstərilir.

 Daha sonra Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında ətraflı məlumat vermişdir. O, ABŞ-ın Azərbaycan üçün həm idxal, həm də ixrac əməliyyatlarında daim önəmli tərəfdaşlardan biri olduğunu qeyd etmiş, hal-hazırda  iki  ölkə arsındakı mövcud  ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların olduğunu vurğulamışdır. Odur ki, Amerika təcrübəsindən və texnologiyasından, o cümlədən peşəkar mütəxəssislərinin bilik və bacarıqlarından daha geniş miqyasda istifadə Azərbaycanın özəl sektorunun inkişafına fayda verə bilər. Gələcəkdə ABŞ səfirliyi ilə ASK-nın qeyd olunan sferalarda daha yaxından əməkdaşlığının səmərəli olacağını qeyd edən M.Musayev kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının, qadın və gənclərin sahibkarlığının inkişafı istiqamətində birgə layihələrin əhəmiyyətindən bəhs etmişdi.Bu yaxınlarda yaradılan KOS agentliyi, Kredit Zəmanət Fondu haqqında qısa məlumat verən Məmməd Musayev bu istiqamətdə ciddi işlər görüldüyünü də qeyd etmişdir.

Amerika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs edən  Səfir Robert Sekuta qeyd etmişdir ki, digər sahələrlə yanaşı  ABŞ Azərbaycan iqtisadıyyatını, ö cümlədən qeyri-neft sektorunu daha güclü inkişafını görmək istəyır. Ölkəsinin iqtisadiyyyatın diverfikasiyası sahəsində böyük təcrübəyə malik olduğunu deyən Səfir bu sahədəki təcrübəsini bölüşməyə hazır olduğunu vurğulamışdır. Ölkəsində özəl sektorun inkişafına təkan verən amillərin ilk vaxtlar insanların sahibkarlığa  həvəsləndirilməsi, onlarda sahibkarlıq ruhunun aşılanması, yeni biznesə başlayanlara xüsusi güzəştlərin tətbiqi, kiçik və orta sahibkarlığa göstərilən dəstəyin olduğunu diqqətə çatdırmışdır.

Səfir Robert Sekuta Azərbaycanda son illər iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işləri də müsbət qiymətləndirmişdir. O, ABŞ-ın ölkəmizdə müxtəlif iqtisadi sahələr üzrə çoxsaylı layihələr icra etdiyini qeyd etmişdir. Cənab Səfir Azərbaycan və ABŞ  iş adamları arasında əlaqələrin bundan sonra da inkişaf etdirməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirmişdir. O, vurğulamışdır ki, rəhbərlik etdiyi diplomatik nümayəndəlik, o cümlədən USAİD Azərbaycan hökuməti ilə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində səmərəli iş aparmaqdadır. Gələcəkdə də kiçik və orta və  qadın sahibkarlığının inkişafı istiqamətində müxtəlif layihələrin dəstəkləyəcəyini qeyd edilmişdir. 

Görüşün sonunda hər iki ölkənin iş adamları arasında iqtisadi əməkdaşlıq imkanlarının  genişləndirilməsi məqsədilə biznes-forumların, işgüzar görüşlərin və s.  tədbirlərin keçirilməsinin səmərəli olacağı vurğulanmışdır.