Valyuta rejimi ilə bağlı məsələlər müzakirə olunub


30 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tətbiqi ilə əlaqədar yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda   dəyişikliklərin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə  Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Apelyasiya Məhkəməsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Banklar Assosiasyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

“Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda  4.3.1.3. maddəsində nəzərdə tutulmuş müddət müzakirələrə səbəb olub.

Sahibkarlar  valyuta rejimi ilə bağlı  yaşanan problemlərə çözüm gətirmək məqsədilə bir sıra təkliflər səsləndiriblər. Bildiriblər ki, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi və ya idxal olunan xidmətlərin göstərilməsinin təsdiq edən sənəd 180-gündən gec  banka təqdim olunduqda problemlər yaranır. Bu müddətin  əvəzinə qaydalarda  daha uzun müddətin nəzərdə tutulması sahibkarlar tərəfindən təklif olunub.

Sahibkarların təklifləri aidiyyatı dövlət qurumları tərəfindən qeyd olunub.