Azərbaycan sahibkarları ilə B2B görüşlər


Hörmətli sahibkarlar!

Məlumat üçün bildiririk ki, Türkiyə ANGİKAD Sahibkar Qadınları Dəstəkləmə Dərnəyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində, 16 fevral 2018-ci il tarixində  saat 14:00-dan 18:00-a qədər Azərbaycan-Türk İş Adamları Birliyinin (ATİB) ofisində (Ünvan: İstiqlaliyyət küç 21) Azərbaycan sahibkarları ilə B2B görüşlər keçiriləcəkdir.

Sizi sözügedən B2B görüşlərdə iştiraka dəvət edirik.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə 13 fevral 2018-ci il tarixinə qədər Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) məlumat verməniz mütləqdir.

Əlaqələndirici şəxs: Nurlana Həsənova

Tel: 012 465 72 42/43

 E-mail: nhasanova@ask.org.az