BİO gübrələrdən istifadənin təşviq edilməsinə ehtiyac var

BİO gübrələrdən istifadənin təşviq edilməsinə ehtiyac var


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının  “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə iş” daimi komissiyasının  növbəti iclası keçirilib.

 İclas zamanıAzərsun Holdinq”in Müşahidə Şurasının  sədri  Abdulbari Gozal“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının ölkədə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcəyini, xüsusən də, kiçik və orta sahibkarların fəaliyyətərini komissiya nəzdində ortaq dəyərlərə uyğun olaraq razılaşdıraraq həyata keçirəcəkləri halda daha böyük uğurlar qazana biləcəklərini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev də Komissiya üzvlərinin daha aktiv fəaliyyət və razılaşdırılmış fəaliyyət ilə bir çox məhdudiyyətləri asanlıqla aşa biləcəklərini və inkişaf edəcəklərini bildirib. O, qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası  Komissiyanın üzvlərinə lazımi dəstəyi verə bilər.

Daha sonra komissiya üzvləri çıxışlarında, irəli sürülən təkliflərin bu sahənin inkişafına töhfə  verəcəyini dilə gətiriblər. Müzakirələr zamanı komissiya üzvləri bir sıra  təkliflər də irəli sürüblər. Gübrə və pestisid subsidiyalaşmasının düzgün və səmərəli təşkili, ölkə daxili və xarici yük daşıma qiymətlərinin tənzimlənməsi, enerji daşıyıcıları qiymətinin rəqabətə imkan verməməsi, aqrar sığorta, fındıqçılıq, gübrələrdən, xüsusi ilə BİO gübrələrdən istifadənin təşviq edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalına tətbiq edilən vergi güzəştlərinin emal sənayesinə də tətbiq edilməsi və s. məsələlər müzakirələrə səbəb olub.

Görüşün sonunda təkliflərin toplanaraq aidiyyatı qurumlara göndərilməsi ilə bağlı razılığa gəlinib.