Qadın sahibkarlar gürcü təlimçi ilə görüşüblər

Qadın sahibkarlar gürcü təlimçi ilə görüşüblər


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Qadın sahibkarlığın inkişafı” komissiyasının üzvləri təlimçi kimi 5 ildən artıq fəaliyyət göstərən Nini Karseladzeda ilə  görüş keçiriblər.

Tədbirin təşkilində əsas məqsəd xanım iş adamlarına öz  bizneslərini  inkişaf etdirmək istiqamətində  Avropa mədəniyyətinə uyğun tövsiyyələr vermək olub.

“Qadın sahibkarlar biznesi necə qurmalı və necə inkişaf etdirməlidir” mövzusunda  keçirilən  təqdimat da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Nini Karseladze bildirib ki, hazırda qadın sahibkarlığının inkişafı üçün böyük imkanlar  var.  Sevindirici haldır ki, günü-gündən öz bacarıqlarını  biznesdə  sınamaqdan çəkinməyən xanımların sayı artır. O, qeyd edib ki, kiçik sahibkarlıqla məşğul olmaq istəyən, buna  real imkanı olan  xanımlar bir çox hallarda müasir  ideyaları, hətta işlək biznesləri olmasına baxmayaraq, yetərli bilik və məlumatlara malik olmadıqlarından öz bizneslərini inkişaf etdirib. Bəzən də  kişilərin köməyinə ehtiyac duyurlar. Təklif olunub ki, öz biznesini inkişaf etdirmək istəyən sahibkar mütləq iki tərəfli görüşlər keçirməli,müştəriləri maraqlı təkliflərlə cəlb etməli, reklam materiallarının hazırlanmasında maraqlı olmalı, sosial şəbəkələrdə fəallıq göstərməlidirlər.

Ölkəmizdə müxtəlif sahələrdə çalışan 20 nəfər  qadının təmsil olunduğu   tədbir daha sonra  maraqlı müzakirələrlə davam edib.

         Qeyd edək ki, Nini Karseladze - 5 ildən artıqdır ki, Avropa və Yenidenqurma İnkişaf Bankında (AYİB) professional təlimçi və konsultant həmçinin Qafqaz və Mərkəzi Asiya ölkələrində təlimçi, Layihə koordinatoru, Motivator və layihə meneceri kimi fəaliyyət göstərib.