Hollandiyada işgüzar əlaqələr müzakirə olunub


2015-ci il aprel ayının 21-dən 24-ə qədər Macarıstanın Budapeşt və Hollandiyanın Maastrixt şəhərlərində keçirilən tədbirlərdə  işgüzar səfərlərdə Azərbaycan Respublikası Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.

Aprel ayının 22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Azərbaycan Respublikası və Macarıstan Respublikası Hökumətlər Komissiyanın  görüşündə iqtisadiyyatın 14 sahəsini əhatə edən birgə əməkdaşlıq müqaviləsinin hər bir sahəsi üzrə cari məsələlərin yerinə yetirilməsi və sonrakı mərhələdəki fəaliyyət Macarıstan Xarici və Ticarət Naziri cənab Peter Siyatro və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Naziri cənab Şahin Mustafayevin rəhbərliyi ilə hər iki tərəfin geniş nümayəndə heyətləri ilə müzakirə olundu. Məhsuldar və işgüzar keçən görüşdə bu günə kimi əməkdaşlıq sahəsindəki irəliləyişlər və sonrakı inkişaf perspektivlərinə toxunuldu. Görüşdən sonra əməkdalıq müqaviləsinin imzalanması mərasimi keçirildi.

Görüşdən sonra cənab Musayev və bir neçə sahibkar Macarıstan Sahibkarlar Assosasiyasının Vitse prezidenti cənab Oros Çabo ilə görüşərək əməkdaşlıq müqaviləsindən irəli gələn məsələlərdə birgə fəaliyyət iqtiqamətlərini müzakirə etdilər.

Cari ilin aprel ayının 23-də Hollandiyanın Maastrixt şəhərində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayevin rəhbərliyi ilə Hollandiyanın Limburq əyalətinin sahibkarları arasında birgə biznes forum keçirildi. Forumda hər iki tərəfi maraqlandıran məsələlər barədə geniş müzakirələr aparılaraq əməkdaşlıq perspektivləri müəyyənləşdi.