Azərbaycan Sahibkarlar Konfederasiyası UNEC-lə əməkdaşlıq müqaviləsi imzalayıb.

  • 2017-11-29

Ətraflı


Rumıniya Azərbaycanda birgə sənaye müəssisələrinin yaradılmasınada maraqlıdır

  • 2017-11-23

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti cənab Məmməd Musayevin Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Dan İANKU ilə görüşündə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ətraflı


Sahibkarlar üçün əməyin mühafizəsi mövzusunda təlim-seminar keçirilib

  • 2017-11-21

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda keçirilən “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı 2 günlük təlim-seminara yekun vurulub, iştirakçılara sertifikat verilib.

Ətraflı


“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib

  • 2017-11-20

“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s. istiqamətlərdə bir sıra mühüm işlər həyata keçirilmişdir. Dövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilmişdir. Tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak etmişdir.

Ətraflı


ASK-nın nümayəndə heyəti Sənayeçilərin və Sahibkarların Ukrayna İttifaqının qurultayında iştirak edib

  • 2017-11-15

10 noyabr 2017-ci ildə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində Sənayeçilərin və Sahibkarların Ukrayna İttifaqının növbədənkənar 15-ci qurultayı keçirilmişdir.

Ətraflı

Video Xəbərlər