Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu keçirilib

  • 2015-02-12

Oktyabrın 24-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan MR-nin yaradılmasının 90 illik yubileyinə həsr olunmuşdur.

Ətraflı


İslam ölkələrini daha yaxınlaşdıran tədbir İstanbulda keçirildi

  • 2015-02-08

Cari ilin noyabr ayının 26-da İstanbul şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və ASK-nın Baş katibinin muavini Fuad Hümbətov İslam Ticaret, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ITSKTP) İdarə Heyətinin üzvlərinin toplantısında iştirak etmişlər. Toplantıda Türkiyə, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Qatar, Qazaxıstan, BEE, ümumən 21 dövlətin palatalarının və biznes dairələrinin nümayəndələrinin iştirakı tədbirin qlobal əhəmiyyət kəsb etdiyini əyani olaraq sübut edirdi.

Ətraflı


ABŞ –səfirliyinin məsul işçisi Azərbaycan Sahibkarlar Konfederasiyasında olub

  • 2014-11-24

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüşündə iki ölkə arasında mövcud əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə Azərbaycanda qeyri neft sektorunun inkişafı istiqamətində aparılan işlər qonaq tərəfindən

Ətraflı


Anlaşma Memorandumu imzalanıb

  • 2014-11-23

Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum Konfederasiya ilə Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, iqtisadiyyatın sürətli inkişafı şəraitində hərtərəfli hazırlığa, geniş intellektə malik kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.

Ətraflı


Dünya Bankının rəsmisi M.Musayevlə görüşüb

  • 2014-11-23

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Regional Vitze-prezidenti xanım Laura Tak ilə görüşündə Azərbaycanda sahibkarlığın inkişafı, iş adamlarına yaradılan imkan və şərait, köməyə ehtiyac duyulan sahələrlə bağlı öz fikirlərini bölüşüblər. Görüşdə ölkəmizin özəl sektorunu təmsil edən bir neçə iş adamları da iştirak ediblər.

Ətraflı

Video Xəbərlər