Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis edilib

  • 2017-10-26

Ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olunub.

Ətraflı


İranlı sahibkarlar Azərbaycan Respublikasında yeni bazarlar axtarışındadır

  • 2017-10-20

İran İslam Respublikasının Ərdəbil Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda səfərdə olan iranlı sahibkarlardan ibarət nümayəndə heyəti Azərbaycanda sənaye, tikinti, qida, turizm və s. sahələrdə yeni əməkdaşlıq imkanları qurmaq niyyətindədirlər. İran-Azərbaycan Müştərək Ticarət Palatasının üzvü Farangiz Rahmaninin başçılıq etdiyi nümayəndə heyətinə ticarət, istehsal, sənaye, tikinti və mühəndislik, dizayn və s. sahələr üzrə 38 nəfər iş adamı 19.10.2017-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını ziyarət etmişlər.

Ətraflı


İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb

  • 2017-10-18

İspaniya Krallığının Səfirliyinin müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Görüşdə Azərbaycan və İspaniya arasındakı iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib. Son illər Azərbaycanda qeyri neft sektorunda canlanma müşahidə edildiyi qeyd olunub, bu zəmində hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının faydalı olacağı da istisna edilməyib.

Ətraflı


Azərbaycan standartlarının 40 faizdən çoxu beynəlxalq standartlara uyğunlaşdırılıb

  • 2017-10-17

Oktyabrın 16-da “Standartlar şəhərləri daha dayanıqlı edir” devizi altında Beynəlxalq Standartlaşdırma Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədr müavini Niyazi RəhimovAzərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə qarşıda duran əsas vəzifələrini sadalayıb. O deyib ki, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirmək məqsədilə işlər aparılmaqdadır. Komitə sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, prioritet sənaye və aqrar sahələrinin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılmasına və ixrac imkanlarının gücləndirilməsinə yönəlib.

Ətraflı


Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb

  • 2017-10-17

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Ətraflı

Video Xəbərlər