Gümüşhane iş adamları yeyinti məhsulları sahəsində əməkdaşlığa hazırdır

  • 2017-10-13

Türkiyənin Gümüşhane Ticarət və Sənaye Palatasının rəsmiləri, o cümlədən qida sektorunda fəaliyyət göstərən üzvləri Azərbaycanda işgüzar əlaqələr qurmaq məqsədi ilə səfərdədirlər. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmiləri ilə görüşən türk sahibkarlar gələcəkdə yerli iş adamları ilə birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ətraflı


Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

  • 2017-10-12

Oktyabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2017-ci il 9 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib.

Ətraflı


Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib

  • 2017-10-06

Ölkədə fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

Ətraflı


“Azərbaycanda Həştərxan günləri” adlı tədbir keçirilib

  • 2017-09-26

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Həştərxan kiçik və orta Sahibkarlığa Dəstək Fondunun təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Azərbaycanda Həştərxan günləri” adlı tədbir keçirilib. Rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən 25-dən çox iş adamı da iştirak etdiyi tədbirdə mövcud bazar imkanları araşdırılıb və gələcək əməkdaşlıq imkanları, kiçik və orta sahibkarlığın inkişaf pespektivləri müzakirə edilib.

Ətraflı


Təhsil və Məşğulluq üzrə Daimi Şuranın tərkibində ASK-nın vitse prezidenti Vüqar Zeynalov da təmsil olunacaq

  • 2017-09-25

Təhsil Nazirliyi yanında yaradılan Təhsil və Məşğulluq üzrə Daimi Şuranın tərkibi təsdiq edilib. Daimi Şuranın rəhbəri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev,16 üzvündən biri isə ASK-nın vitse prezidenti Vüqar Zeynalov olacaq.

Ətraflı

Video Xəbərlər