25-28 mart 2010 tarixində İstanbulun Tüyap Beylikdüzü Sərgisi və Konqres Mərkəzində “İdeal Ev Beynəlxalq zücaciye, ev əşyaları və cehiz sərgisi “ keçiriləcəkdir.
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
27 – 29 mart 2010-cu il tarixində Pakistanın Karaçi şəhərində Asiya ölkələrinin 4-cü Ənənəvi və Alternativ Enerji Mənbələri mövzusuna həsr olunmuş Beynəlxalq Sərgi və Konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikasının Yunanıstan Republikasındakı Səfiriliyindən daxil olmuş məlumata əsasən bildirilir ki, Yunanıstan Respublikasının İnkişaf Nazirliyinin himayəsi və Bərpa olunan Enerji Mənbələri Mərkəzinin iştirakı ilə 3-7 mart 2010-cu il tarixlərində Afinada "CLİMATHERM 2010" beynəlxalq sərgisi keçiriləcəkdir. Sərgi haqqında ətraflı məlumatı ASK-dan öyrənə bilərsiniz.
ASK və BƏT əməkdaşlığı
Beynəlxalq Əmək Təşkilatı BMT-nin bir qurumu kimi 1919-cu ildə yaranmış və sosial ədalətin, insan və əmək huquqlarının təmin edilməsi istiqamətində fəaliyyət göstərir. BƏT dünyada hökumət, işəgötürənlər və həmkarlar təşkilatları nümayəndələrinin daxil olduğu üçtərəfli əməkdaşlıq prinsiplərini təmsil edən yeganə təşkilatdır.
Azərbaycan Respublikası 19 may 1992-ci ildə bu təşkilata üzv olmuş, onun 57 konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir.
ASK-nın Beynəlxalq Əmək Təşkilatı ilə uzunmüddətli və sıx əməkdaşlığı bu öhdəliklərin uğurla icra olunmasında mühüm rol oynayır. Bu əməkdaşlıq hamı üçün layiqli əməyin təmin edilməsi, iş yerlərində əmək standartlarına əməl edilməsi, o cümlədən sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, gender bərabərliyinin təmin olunması və heç bir ayrı-seçkiliyə yol verilməməsi, həmçinin müəssisələrin məhsuldarlığının və rəqabətədavamlığının artırılması, biznesin qanuni fəaliyyəti, o cümlədən qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid, qadın sahibkarlığın inkişaf etdirilməsi, gənclərin məşğulluq imkanlarının artırılması, uşaq əməyinin ləğv edilməsi, iş yerlərində HİV/AİDS-in sosial-iqtisadi təsirlərinin azaldılması və digər sahələrdə proqram və layihələrin birgə icrasında öz əksini tapır.
BƏT-lə əməkdaşlıq çərçivəsində işəgötürənlərin maarifləndirilməsi işi geniş vüsət alır. Onlar üçün həm yerli, həm də beynəlxalq səviyyəli treninq və seminarlar təşkil edilir, məsləhət xidmətləri yaradılır. Bundan başqa bilik və bacarıqların artırılması məqsədilə ASK-nın həm baş ofisinin mütəxəssislərinin, həm də region nümayədəliklərin rəhbərləri və işçilərinin BƏT tərəfindən təşkil edilən beynəlxalq səviyyəli təlim kurslarında iştirakı təmin edilir.