|
Azərbaycanda fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti (hüquqi və fiziki şəxslər) ASK-nın üzvü ola bilər. Üzvlüyə qəbul prosesi müvafiq ərizə formasının doldurulması və ASK-ya təqdim olunması yolu ilə həyata keçirilir.
ƏRIZƏ FORMASI -Hüquqi şəxs.doc
ƏRIZƏ FORMASI - Fiziki şəxs.doc
Ərizə forması təqdim edildikdən sonra, ASK-nın Rəyasət Heyətinin iclasının qərarı ilə sahibkalıq subyekti Konfederasiyanın üzvlüyünə qəbul edilir və ona üzvlüyünü təsdiq edən şəhadətnamə verilir.
ASK üzvü olan sahibkarlıq subyektləri tərəfindən Konfederasiyaya müvafiq illik üzvlük haqqı ödənilir. Üzvlük haqqının ödənilməsi üçün üzvün ərizəsi təqdim edildikdən sonra ona hesab təqdim edilir.
Hazırda 4000 sahibkarlıq subyekti ASK-nın üzvüdür. Respublikamızda fəaliyyət göstərən "Liderfarm" ASC, “Azersell” BM, “Baksell” BM, Unibank” SKB, “AzEvroTel” Azərbaycan-Böyük Britaniya Birgə müəssisəsi, “AZƏRSUN Holdinq” Şirkətlər Birliyi, QTSC “Atəşgah” sığorta şirkəti, Baku STEEL Company, “AGBank” Səhmdar İnvestisiya Bankı, “Azərbaycan Respublikası Beynəlxalq Bankı”, “Karat” Holdinq, “Bakı Çinar Soyuducuları” ASC, “AtaHoldinq” ASC, “HB Co Ltd” MMM, “Azturqaz” Azərbaycan – Türkiyə Müştərək Müəssisəsi, “TEXNİKABANK” ASC, “Karvan İstehsalat Kommersiya Şirkəti” MMC, “NJT 2000” firması, “ADA-Ticarət” QSC“, Azərsu” ASC,“ Santral Elektrik” LTD, İKB “Nikoyl” kimi iri şirkətlər Konfederasiyanın üzvüdür.
ASK üzv olan şirkətlərə aşağıdakı xidmətləri göstərir:
• Sahibkarların məhkəmələrdə, mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında hüquqlarının müdafiəsi;
• Biznes layihələrin hazırlanması;
• Treninq və seminarların təşkili;
• Menecerlərin Avropa ölkələrində təhsili;
• Xarici ölkələrdən ekspertlərin dəvəti;
• Xarici ölkələrə biznes səfərlərinin təşkili;
• Analitik informasiyanın hazırlanması;
• Maliyyə institutları haqqında məlumatlar;
• Hüquq məsləhət xidmətləri;
• Ölkə daxilində və xaricində sərgilərin təşkili;
• Sahibkarların hüquqi maarifləndirilməsi;
• Biznes təkliflərin yayılması.
Sizi ASK üzvlüyünə dəvət edirik.
|