Monitoring system

Initial Professional Edication

Monitorinq sistemi haqqında

İşəgötürənlərin tələbatına uyğun sayda və müvafiq peşəkarlıq səviyyəsində işçi qüvvəsi ilə təmin edilməsi Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf etdirilməsi, onun rəqabət qabiliyyətinin daha da artırılması və ölkə əhalisinin, xüsusilə gənclərin məşğulluğunun və həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. “Peşə təhsili sahəsində tərəfdaşlıq” layihəsinin məqsədi bu sahədə həyata keçirilən dövlət siyasətinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstək və töhvənin verilməsidir. Layihə Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ), Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) və “Bildungswerk der Wirtschaft Mecklenburg – Vorpommern e.V.” institutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində ASK-nın internet səhifəsi platformasında əmək bazarının “Monitorinq Sisteminin” yaradılması peşə təhsili və təlimi sahəsində sosial dialoqun güclənməsinə, işəgötürənlərlə ilk və orta peşə - ixtisas müəssisələri arasında əlaqələrin qurulmasına, işəgötürənlərin peşə təhsili və təlimi prosesinə daha aktiv cəlb edilməsinə və işəgötürənlərin yüksək səviyyəli peşəkar kadrlarla təmin edilməsinə xidmət edəcəkdir. On-line Monitorinq Sistemi aşağıdakılara imkan verəcəkdir: - müəssisələr arasında on-line sosioloji sorğunun keçirilməsi; - əmək bazarında olan iş yeləri təklifləri haqqında məlumat bazasının yaradılması; - əmək bazarının iqtisadi fəaliyyət sahəsi və regional strukturunun, eyni zamanda işçilərin yaş və gender əlamətlərinə görə təhlil edilməsi; - işəgötürənlərin işçi qüvvəsinə, mütəxəssislərə olan keyfiyyət tələbləri haqqında məlumatların toplanması və sistemləşdirilməsi; - müəssisələrdə ilk və orta ixtisas müəssisələrinin şagirdləri üçün istehsalat təcrübəsinin keçirilməsi imkanlarının öyrənilməsi; - orta məktəb şagirdlərinin peşə yönümünün formalaşdırılması məqsədilə müəssisələrdə “Açıq qapı günləri”-nin keçirilməsi imkanlarının öyrənilməsi. Sorğunun nəticələri ASK-nın ekspertləri tərəfindən təhlil olunacaq və müvafiq hesabatlar hazırlanaraq bütün maraqlı təşkilatlara təqdin ediləcəkdir.