«Qeydə alınmışdır»                                    «Təsdiq edilmişdir» 18 iyun

Azərbaycan Respublikası                          2013 cu il tarixdə Azərbaycan    

Ədliyyə Nazirliyi tərəfindən                      Respublikası Sahibkarlar

                                                                    (İşəgötürənlər) Təşkilatları Milli

                                                                    Konfederasiyasının IVQurultayında                                                                                                                                              

«____»____________2013- cü il            

                                                                                                          Azərbaycan Respublikası

                                                                                            Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli                 

                                                                                                        Konfederasiyasının 

                                                                                                    N İ Z A M N A M Ə S İ

                                                                                                (yeni redaksiyada)

                                                                                                      Bakı şəhəri

 

  1. Ümumi müddəalar

¾     Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra – Konfederasiya), Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna   olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarə edən, ictimai – faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri – kommersiya, qeyri - hökumət təşkilatıdır.

¾     Konfederasiyanın əsas məqsədi Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması prosesinin inkişaf etdirilməsində fəal iştirak etmək, öz üzvlərinin mövcud potensialından istifadə edərək ölkədə sosial-iqtisadi problemlərin həllinə kömək etmək, yeni iş yerləri açmaq, əhalinin işgüzarlıq fəallığını gücləndirmək və sahibkarlıq fəaliyyətinin kömək etməkdir.

¾     Konfederasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ-hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur.

¾     Konfederasiya Azərbaycan Respublikasında İşəgötürənlərin Ümumazərbaycan birliyidir.

¾     Konfederasiya öz fəaliyyətini dövlət hakimiyyəti və icra orqanları, özünü idarəetmə orqanları, siyasi partiya və hərəkatlar, habelə digər qeyri-hökumət təşkilatlarından asılı olmayaraq həyata keçirir.

¾     Konfederasiya müstəqil hüquqi şəxsdir, ayrıca əmlaka, müstəqil balansa, daxili və xarici banklarda hesablaşma və valyuta hesablarına malikdir.

¾     Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmayan emblemi ilə möhürü, bayrağı, ştampı və blankları vardır.

¾     Konfederasiya qeyri-məhdud müddətə yaradılır.

¾     Konfederasiya öz fəaliyyətinin dövlət hakimiyyəti və icra orqanları, bələdiyyə qurumları, sahibkarlıq strukturları, həmçinin beynəlxalq və ictimai təşkilatlar, yerli və beynəlxalq maliyyə-kredit təşkilatları ilə sıx əlaqədə həyata keçirir.

¾     Konfederasiyanın tam rəsmi adı:

¾     Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası;

¾     Konfederasiyanın qısaldılmış adı: “Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK)

¾     Konfederasiyanın hüquqi ünvanı: AZ 1110 Azərbaycan Respublikası, Bakı şəhəri, Akademik  Həsən Əliyev küçəsi, 57.

¾       Konfederasiyanın təşkilati-hüquqi forması  “qeyri hökumət təşkilatı – ictimai birlikdir.”  

         2. Konfederasiyanın vəzifə və hüquqları

¾     Konfederasiya öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

¾     Müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir;

¾     Sahibkarlığa Kömək Dövlət proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək edir. 

¾     Əmək qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin Ümumazərbaycan birliyi kimi Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Baş Kollektiv Sazişi bağlayır; 

¾      Üzvləri arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edir, onlarla birgə investisiya, innovasiya layihələrinin və başqa təşəbbüskar layihələrin işlənməsinə, eləcə də sağlam sahibkarlıq mühitinin formalaşmasına kömək edir.

¾     Sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü müxtəlif sahə, regional və ölkə miqyaslı proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

¾     Ölkə sahibkarlarına xaricdə və daxildə tərəfmüqabillərin tapılmasında köməklik göstərir, onların informasiya təminatında iştirak edir;

¾     Sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasını həyata keçirir;

¾     Sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə Azərbaycanda tətbiq edilməsi üçün şərait yaradır;

¾     Sosial-iqtisadi yönümlü təşkilatların yaradılmasına və inkişafına kömək edir.

¾     Konfederasiya Azərbaycan Respublikasında və beynəlxalq təşkilatlarda qüvvədə olan qanunvericiliyə uyğun qaydada respublikanın işəgötürənlərini təmsil edir.

¾     Konfederasiya öz vəzifələrinə uyğun aşağıdakı hüquqlara malikdir:

¾     Cari və perspektiv məsələlərin həll edilməsi üçün konfranslar, yığıncaqlar və s. tədbirlər keçirmək;

¾     Sahibkarlığın inkişafı ilə bağlı dövlət hakimiyyəti orqanlarına təkliflər vermək, proqramlar, qanun və digər normativ – hüquqi aktlarının layihələrinin hazırlanmasında və icrasında iştirak etmək;

¾     Ölkədə sosial-iqtisadi siyasətin razılaşdırılmış ümumi prinsiplərinin müəyyənləşdirilməsində və əmək münasibətlərinin tənzimlənməsində iştirak etmək, Baş kollektiv sazişi bağlamaq və bu məqsədlə müvafiq orqanlara təkliflər vermək;

¾     Azərbaycan və xarici maliyyə-kredit təşkilatlarından, həmçinin beynəlxalq təşkilatlardan, fondlardan qrantlar, kreditlər almaq, onlarla əməkdaşlıq etmək;

¾     Azərbaycan Respublikasının qanunvericiliyi ilə və xarici dövlətlərin müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etməklə Azərbaycan Respublikasında və xaricdə hüquqi şəxs statuslu müəssisələr və eyni zamanda filial və nümayəndiliklər yaratmaq;

¾     Müxtəlif cür əmlak satın almaq və icarəyə götürmək;

¾     Öz mətbuat orqanını təsis etmək;

¾     Təhsil almaq və təcrübə mübadiləsi keçmək üçün mütəxəssisləri və işçiləri xaricə ezam etmək;

¾     Yeni sahibkarlıq strukturları üçün kadrların hazırlanması, sahibkarlıq fəaliyyətinin elmi-metodiki əsaslarının yaradılması, iş adamlarına müasir sahibkarlıq metodlarının öyrədilməsi və sahibkarlığa başlayanlara sahibkarlığın əsaslarına yiyələnməsi üçün proqramlar tərtib etmək, onları həyata keçirəcək kadrların ixtisaslarının təkmilləşdirməsinə kömək etmək;  

¾     Sahibkarlığın inkişafı ilə bağlı beynəlxalq milli miqyasda biznes-görüşlər keçirmək, sahibkarların xarici şirkətlərdə ixtisas artırılmasını təşkil etmək;

¾     Vəzifələrinə müvafiq olaraq, informasiya xidməti, vasitəçilik və digər fəaliyyəti həyata keçirmək;

¾     Konfederasiyanın səlahiyyətinə daxil olan məsələlərə dair beynəlxalq konfranslar, simpoziumlar, konqreslər, seminar və sərgilər təşkil etmək və onlarda iştirak etmək;

¾     Azərbaycan və xarici hüquqi və fiziki şəxslərlə öz adından əqdlər bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək, öhdəliklər daşımaq, məhkəmələrdə iddiaçı və cavabdeh olmaq;

¾     Öz vəzifələrinin həyata keçirilməsi üçün xarici ekspert-mütəxəssislər dəvət etmək;

¾     Qanunvericiliyə uyğun olaraq beynəlxalq və yerli təşkilatların fəaliyyətində iştirak etmək;

¾     Konfederasiya Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və bu Nizamnamədə nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər;   

       3.  Konfederasiyanın üzvləri, onların hüquq və vəzifələri

¾     Konfederasiyanın nizamnaməsinin tələblərini qəbul edən, üzvlük haqqını ödəyən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş, mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir hüquqi şəxs, onların filial və nümayəndəlikləri, törəmə müəssisələri, birlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir fiziki şəxs (əcnəbilər daxil olmaqla) Konfederasiyanın üzvü ola bilər.

¾     Konfederasiyanın üzvləri bərabər hüquqlara malikdirlər.

¾     Konfederasiyanın üzvləri özlərinin müstəqilliyini, hüquqi statusunu və hüquqlarını saxlayırlar.

¾     Konfederasiya öz üzvlərinin öhdəliklərinə görə məsuliyyət daşımır.

¾     Konfederasiyanın üzvləri isə onun öhdəliklərinə görə məsuliyyət daşımırlar.

¾     Üzvlük haqqının illik məbləğini Konfederasiyanın Rəyasət Heyəti müəyyən edir.

       4.  Konfederasiyaya üzv qəbul edilməsi və üzvlülükdən çıxarılması qaydaları

¾     Konfederasiya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradır.

¾     Konfederasiyanın üzvlüyünə qəbul şəxsin yazılı ərizəsi əsasında Konfederasiyanın Rəyasət Heyəti tərəfindən həyata keçirilir. Rəyasət Heyətinin müsbət qərar çıxardığı andan etibarən şəxs Konfederasiyanın üzvü hesab edilir.

¾     Konfederasiyanın üzvü öz hüquqlarını üçüncü şəxsə həvalə edə bilməz.

¾     Konfederasiyanın tərkibindən könüllü çıxmaq şəxsin yazılı ərizəsi əsasında Konfederasiyanın Rəyasət Heyəti tərəfindən həyata keçirilir.

¾     Ərizə daxil olduğu gündən üç ay müddətində Rəyasət Heyəti :

¾     Ərizəni verən üzvlə Konfederasiya arasında bağlanılan müqavilələri yoxlayır, öhdəliklərin təmin olunması üçün, habelə həmin üzvün Konfederasiyanın digər üzvlərilə münasibətlərinin tənzimlənməsi üçün tədbirlər görür;

¾     Əmlak, maliyyə - kredit və digər məsələləri həll edir, bununla əlaqədar Direktorluğa müəyyən tapşırıqlar verir;

¾     Yuxarıda qeyd olunan məsələləri həll etdikdən sonra özünün növbəti birinci iclasında üzvlükdən könüllü çıxmaq üçün üzvün ərizəsini təsdiq edir.

¾     Konfederasiyanın üzvləri Nizamnaməni pozduqda, üzvlük haqlarını ödəmədikdə, Konfederasiyanın imicinə xələl gətirən hərəkətlər etdikdə və qanunvericiliyə zidd olan fəaliyyətinə görə üzlükdən çıxarıla bilərlər. Bu haqda qərar, sonradan Konfederasiyanın İdarə Heyəti tərəfindən təsdiq edilməklə Rəyasət Heyəti tərəfindən adi səs çoxluğu ilə qəbul edilir.

¾     Konfederasiyanın üzvü Konfederasiyada üzvlüyünə xitam verilməsi barədə Konfederasiyanın rəhbərliyinə və məhkəməyə şikayət edə bilər.

¾     Konfederasiyanın üzvləri üzvlük haqlarını maliyyə ili qurtarana qədər ödəməlidirlər.

        5.  Konfederasiyanın idarə olunması

¾     Qurultay Konfederasiya üzvlərinin təmsilçilərinin 2/3 səs çoxluğu, açıq səsvermə yolu ilə:

¾     Konfederasiyanın Nizamnaməsini qəbul edir və lazım gəldikdə onda dəyişikliklər edir;

¾     Konfederasiyanın azı 51 nəfərdən ibarət İdarə Heyətinin tərkibini, həmin tərkibdən azı 11 nəfərdən ibarət Rəyasət Heyətinin tərkibini 4 il müddətinə seçir və buraxır;

¾     Konfederasiyanın Prezidentini, Vitse-prezidentlərini, həmçinin azı üç nəfərdən ibarət Təftiş Komissiyasının tərkibini 4 il müddətinə seçir və buraxır;

¾     Konfederasiyanın İdarə Heyətinin və Təftiş Komissiyasının hesabat – seçki  dövründəki hesabatlarını müzakirə edir və təsdiq edir;

¾     Konfederasiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir;

¾     Konfederasiyanın ləğvi, yaxud yenidən təşkili məsələlərinə baxır;

¾     Ləğvetmə balansını təsdiq edir.

¾     Konfederasiyanın İdarə Heyəti:

¾     Konfederasiyanın bütün üzvlərinin səlahiyyətli idarəetmə orqanıdır və Qurultaylararası dövrdə Konfederasiyanın icra orqanlarının işinə nəzarət funksiyasını həyata keçirir, habelə:

¾     Zərurət yarandıqda Konfederasiyanın Qurultayını çağırır;

¾     Konfederasiyanın İdarə Heyətinin Konfransı zərurət olduqda, lakin ildə bir dəfədən az olmayaraq keçirilir;

¾     Konfederasiyanın İdarə Heyətinin Konfransı Konfederasiyanın Rəyasət Heyətinin və Təftiş komissiyasının illik hesabatlarını müzakirə edir və təsdiq edir;

¾     İdarə Heyəti səlahiyyətlərinə aid edilən məsələlərin operativ həll edilməsi və işin səmərəliliyinə nail olmaq üçün öz qərarı ilə bəzi məsələlərin həllini Rəyasət Heyətinə həvalə edə bilər.

¾     Rəyasət Heyəti:

¾     Konfederasiyanın fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq daimi komissiyalar yaradır və onların işinə rəhbərlik edir;

¾     Konfederasiyanın struktur quruluşunu təsdiq edir;

¾     Konfederasiyanın büdcəsini, onun icrası haqqında hesabatları, məqsədli proqramları təsdiq edir və onların maliyyələşdirilməsi mənbələrini müəyyənləşdirir;

¾     Konfederasiyanın maliyyə - təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün əlavə olaraq müstəqil auditor dəvət edir;

¾     Konfederasiyanın müvafiq fondlarının yaradılması və onlardan istifadə etmək qaydalarını müəyyən edir;

¾     Direktorluğun cari iş planını və onun hesabatlarını təsdiq edir;

¾     Konfederasiyanın iş reqlamentini, Direktorluğun bölmələrinin Əsasnamələrini və vəzifə təlimatlarını təsdiq edir;

¾     Azərbaycan Respublikasında və xaricdə Konfederasiyanın hüquqi şəxs statuslu müəssisələrinin və eyni zamanda filial və numayəndəliklərinin yaradılması barədə qərar qəbul edir, onların Nizamnamə və Əsasnamələrini təsdiq edir;

¾     Konfederasiyanın icra orqanlarının vəzifəli şəxslərinin əmlak məsuliyyətinə cəlb edilməsi haqqında qərar çıxarır;

¾     Konfederasiyanın üzvlərinin üzvlük haqlarının miqdarını və ödəniş qaydasını müəyyən edir;

¾     Konfederasiyanın konkret tədbirlərinin maliyyələşdirilməsi üçün üzvlərinin məqsədli ödənişlərini müəyyənləşdirir;

¾     Konfederasiyaya üzv qəbul etmək və üzlükdən azad etmək haqda qərar çıxarır və təsdiq üçün İdarə Heyətinə təqdim edir;

¾     Konfederasiyanın Qurultayının və İdarə Heyətinin konfranslarının verdiyi tapşırıqları yerinə yetirir;

¾     Konfederasiyanın İdarə Heyətinə hesabat verir;

¾     Zərurət yarandıqda Konfederasiyanın İdarə Heyətinin konfransını çağırır;

¾     Rəyasət Heyətinin iclasları zərurət olduqda, lakin rübdə bir dəfədən az olmayaraq keçirilir;

¾     Konfederasiyanın Prezidenti:

¾     Konfederasiyanın strukturunu və ştat cədvəlini təsdiq edir;

¾     İşçiləri işə qəbul edir, işdən azad edir, onların barəsində qanunvercilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirlərini tətbiq edir;

¾     Konfederasiyanın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir;

¾     Konfederasiyanın adından qanuna uyğun olaraq müqavilələr bağlayır, əmr və sərancamlar verir, onların icrasına nəzarəti həyata keçirir;

¾     Azərbaycan Respublikasında və xarici ölkələrdə Konfederasiyanı etibarnaməsiz təmsil edir;

¾     Konfederasiyanın İdarə Heyətinin və Rəyasət Heyətinin işini təşkil edir və onlara rəhbərlik edir;

¾     Kadr, maliyyə və Konfederasiyanın fəaliyyəti ilə bağlı digər məsələləri həll edir;

¾     Konfederasiyanın Vitse-Prezidentləri;

¾     Müəyyən olunmuş sahələr üzrə Konfederasiya Prezidentinin işinə hərtərəfli köməklik edirlər;

¾     Konfederasiya Prezidentinin olmadığı hallarda, bu haqda Prezidentin xüsusi sərəncamında göstərilən funksiyaları yerinə yetirməklə Vitse-Prezidentlərdən biri onu əvəz edə bilər.

¾     Konfederasiyanın Direktorluğu:

¾     Konfederasiyanın cari fəaliyyətini həyata keçirir və Konfederasiyanın Rəyasət Heyətinə hesabat verir və onun qərarlarının yerinə yetirilməsini təşkil edir;

¾     Konfederasiyanın fəaliyyətinin əsas istiqamətləri üzrə təkliflər hazırlayır və müzakirə üçün Konfederasiyanın Rəyasət Heyətinə təqdim edir;

¾     Konfederasiyanın başqa orqanının müstəsna səlahiyyətini təşkil etməyən digər məsələləri həll edir.

¾     Direktorluğun fəaliyyətinə Baş Katib rəhbərlik edir və:

¾     Konfederasiyanın Qurultayının, İdarə Heyətinin və Rəyasət Heyətinin iclaslarının və digər tədbirlərin keçirilməsini təşkil edir və bununla bağlı digər ümumi məsələləri həll edir;

¾     Konfederasiyanın fəaliyyətinin maddi-texniki təminatını təşkil edir;

¾     Direktorluğun hesabatlarını tərtib edir;

¾     Konfederasiyanın üzvləri ilə əlaqələndirmə işini, onların mütəmadi olaraq məlumatla təmin olunmalarını təşkil edir;

¾     Direktorluğun müvafiq bölmələrinin işini təşkil edir və ona rəhbərlik edir;

¾     Konfederasiya Prezidentinin sərəncam və tapşırıqlarını, Qurultayının, İdarə Heyətinin və Rəyasət Heyətinin qərarlarının icrasını təmin edir, zəruri tədbirlərin həyata keçirilməsini təşkil edir;

¾     Konfederasiyanın fəaliyyət göstərdiyi zaman irəli gələn digər işlərin görülməsini təmin edir.

        6 .  Konfederasiyanın əmlakı və maliyyə vəsaitləri

¾     Konfederasiyanın əmlakı və maliyyə vəsaitləri aşağıdakı mənbələrdən yaradılır:

¾     Üzvlük haqları hesabına;

¾     Konfederasiyanın əmlakının formalaşmasında üzvlərin əvəzsiz verdikləri hər hansı bir əmlakdan;

¾     Əvəzi alınmayan xeyriyyəçilik ödəmələrindən;

¾     Azərbaycan Respublikası və xarici ölkələrin hüquqi və fiziki şəxslərinin könüllü verdikləri haqlardan və ianələrdən;

¾     Qrantlardan;

¾     Yaratdığı və iştirak etdiyi təsərrüfat subyektlərinin fəaliyyətindən daxil olan vəsaitlərdən;

¾     Xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

¾     Səhmlər, İstiqrazlar, başqa qiymətli kağız əmanətlərdən alınan dividentlər, gəlirlər;

¾     Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

¾     Qüvvədə olan qanunvericiliyə zidd olmayan digər mədaxillərdən.

          7. Konfederasiyanın fəaliyyətinə xitam verilməsi

¾     Konfederasiyanın fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

¾     Konfederasiyanın Nizamnaməsində nəzərdə tutulmayan, qanunvericiliyə zidd olan fəaliyyət ilə məşğul olduqda məhkəmənin qərarı ilə;

¾     Məhkəmənin və ya Konfederasiyanın Qurultayının qərarı əsasında yenidən təşkil edilərkən və ya ləğv edilərkən;

¾     Konfederasiyanın yenidən təşkili və ləğv edilməsi haqqında qərar Konfederasiya üzvlərinin bu Nizamnamənin 6.7-ci bəndində göstərilən qaydada keçirilən Qurultay iştirakçılarının 2/3 hissəsinin müsbət səs verməsi ilə qəbul edilir.

¾     Konfederasiyanın yenidən təşkil edilməsi birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər.

¾     Konfederasiyanın yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəllə qanununda nəzərdə tutulmuş qaydada həll olunur.  

¾     Konfederasiyanın ləğv edilməsi Azərbaycan Respublikasının hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

¾     Konfederasiyanın ləğv edilməsi ilə bağlı olan bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəllə qanununda nəzərdə tutulmuş qaydada həll olunur.

        8 . Konfederasiyanın məsuliyyəti

¾     Konfederasiya bu Nizamnamədən irəli gələn müddəaları pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır.

¾     Konfederasiya məsuliyyətə cəlb olunmağı barəsində müvafiq İcra Hakimiyyəti orqanının hər hansı sərəncamından məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

__________________________________________________________

   ____________________________________________________

      _________________________________________________