- This event has passed.
Azərbaycan Sahibkarları Konfederasiyası nümayəndə heyəti Almaniya-Azərbaycan Biznes Forumunda iştirak edib
İyun 8, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevinin rəhbərliyi ilə ASK-nın nümayəndə heyəti Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Almaniya –Azərbaycan Biznes Forumunda iştirak edib.
Biznes Forum ölkə Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində keçirilmişdir. Cari ilin iyun ayının 7-də Berlin şəhərində Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyində Almaniya –Azərbaycan Biznes Forumu hər iki tərəfi təmsil edən çoxsaylı şirkətlətlərin iştirakı ilə keçirilmişdir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən 60-dan çox şirkətin nümayəndəsi bu forumda iştirak edirdi.
Forumu giriş sözü ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Naziri cənab Siqmar Qabriel açaraq Zati-aliləri Prezident İlham Əliyevi və forumda iştirak edən çaxsaylı Azərbaycan nümayəndə heyətini salamlayaraq son illər Azərbaycan və Almaniya iqtisadi əlaqələri barədə məlumat vermişdir. Prezident İlham Əliyev forum iştirakçılarını salamlayaraq Azərbaycan iqtisadiyyatının prioritet sahələri və gələcək əməkdaşlıq üçün perspektivləri barədə iştirakçılara ətraflı məlumat verərək forum iştirakçılarına uğurlar arzulamışdır. Salamlama nitqləri ilə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Klaus Şafer, Alman-Azərbaycan Xarici Ticarət palatasının sədri Samir Axundov da səmərəli görüşlərin keçirilməsinə ehtiyac olduğunu qonaqların diqqətinə çatdırmışdır.
Salamlama nitqlərindən sonra, Anlaşma Memorandumlarının imzalanması baş tutub.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Almaniyanın Bildunqsverk der Virşaft şirkəti arasında Azərbaycanda peşə təhsilinin inkişafına dair memorandum imzanaıb. Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Nortmetal Şirkətinin Sədri Ledel imzaladılar.
Sonradan keçirilən iki panel sessiyalarında hər iki tərəfi təmsil edən müxtəlif şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Biznes Forumun sonunda ikitərəfli görüşlər keçirilib.