Dövlət antiinhisar siyasətinin səmərəliliyinin artırılması yolları

Bildiririk ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) təşkilatçılığı ilə “İqtisadi islahatlara ekspert dəstəyi” layihəsi çərçivəsində 9 iyun 2017-ci il tarixində saat 10:45-də Konfederasiyanın konfrans zalında (Ak.Həsən Əliyev 57) “Dövlət antiinhisar siyasətinin səmərəliliyinin artırılması yolları” mövzusunda dəyirmi masa keçiriləcəkdir.
Sizi sözügedən tədbirdə iştiraka dəvət edirik.
Dəyirmi masada iştirak edəcəyiniz təqdirdə ASK-ya məlumat verməniz mütləqdir.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 42/43
E-mail: nhasanova@ask.org.az