Mahmudrza Şərifixahın rəhbərliyi ilə ticarət və marketinq üzrə nümayəndə heyətinin Bakıya işgüzar səfəri

Bildiririk ki, 5-6 iyul 2017-ci il tarixlərində İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının sədri cənab Mahmudrza Şərifixahın rəhbərliyi ilə ticarət və marketinq üzrə nümayəndə heyəti Bakıya işgüzar səfər edəcəkdir.
Səfər çərçivəsində 6 iyul 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) hər iki ölkə sahibkarları ilə işgüzar görüş keçiriləcəkdir.
Sizi sözügedən tədbirdə iştiraka dəvət edirik. Görüşdə iştirak edəcəyiniz təqdirdə Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməyiniz mütləqdir.
Əlaqələndirici şəxs: Fərhad Osmanov
Tel: +99412 465 72 43
E-mail: fosmanov@ask.org.az