skip to Main Content

2-ci Qlobal Tekstil Texnologiyası və Mühəndisliyi Sərgisi

2-ci Qlobal Tekstil Texnologiyası Və Mühəndisliyi Sərgisi

Hörmətli ASK üzvləri, sahibkrlar,

Bakıdakı Hindistan Səfirliyi adından Sizi salamlayırıq!

Sizi 2-ci Qlobal Tekstil Texnologiyası və Mühəndisliyi Sərgisinə (QTTMS 2019) dəvət edirik.

Məlumat veririk ki, 2-ci Qlobal Tekstil Texnologiyası və Mühəndisliyi Sərgisi (QTTMS 2019) 1-3 fevral 2019-cu il tarixdə Hindistanın Mumbay şəhərindəki Bombay Sərgi Mərkəzində keçiriləcəkdir. 3 gün ərzində bu sərgidə 17 ölkənin biznes sektorundan olan ziyarətçilərin iştirakı gözlənilir. Bu tədbir Hindistanda yeganə kommersiya tədbiridir ki, çox sayda ölkədən maraqlanan şəxsləri bir araya gətirərək tekstil maşınları istehsalçıları üçün biznes və kommersiya fəaliyyətini genişləndirməyə yönəlmişdir.

Bu tədbir Hindistan Hökuməti Tekstil Nazirliyi, Hindistan Hökuməti Ağır Sənaye Bölməsi və Maharaştra Hökuməti tərəfindən dəstəklənir.

Hindistanın tekstil sənayesi dünyada Çindən sonra 2-ci yeri tutur.

Tədbirin təşkilatçısı – Hindistan Beynəlxalq Tekstil Maşınları Sərgiləri Cəmiyyəti, sponsor olaraq Hindistan Hökuməti, Hindistanda texnologiyanın təkmilləşdirilməsini asanlaşdırmaq, tekstil və tekstil mühəndisliyi sektorunda ikitərəfli ticarəti və birgə müəssisələrin yaradılmasını təşviq etmək üçün bu biznes tədbirini təşkil edir.

Daha ətraflı məlumat üçün aşağıdakı keçidləri ziyarət edin:

Broşür: http://www.gttes.india-itme.com/pdfs/GTTS_Brochure.pdf

Vebsayt: www.gttes.india-itme.com

Back To Top