Türkiyə-Azərbaycan iş adamları üçün B2B görüşlər keçiriləcəkdir.

Hörmətli sahibkarlar!
Məlumat üçün bildiririk ki, Türkiyənin Qara Dəniz İxracatçılar Birliyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində, 6 fevral 2018-ci il tarixində, saat 10:00-dan 17:00-a qədər “Park İnn” otelində mebel sahəsi üzrə Türkiyə-Azərbaycan iş adamları üçün B2B görüşlər keçiriləcəkdir.
Sizi sözügedən B2B görüşlərdə iştiraka dəvət edirik.
Tədbirdə iştirak edəcəyiniz təqdirdə, 3 fevral 2018-ci il tarixinə qədər ASK-ya məlumat verməniz mütləqdir.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: 012 465 72 42/43
E-mail: nhasanova@ask.org.az