skip to Main Content

“Şagird firmaları” mövzusunda təlim keçirilib

“Şagird Firmaları” Mövzusunda Təlim Keçirilib

Bu il, 1-3 fevral tarixlərində, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən icra edilən “Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində peşə məktəblərinin müəllimləri üçün “Şagird firmaları” mövzusunda üçgünlük təlim keçirilib.
Şagird firmaları konsepsiyasının əsas məqsədi şagirdlərdə sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi və gələcəkdə onlar üçün alternativ məşğulluq imkanlarının təşviq edilməsidir.
Tədbirdə İctimai İaşə və Xidmət, Texnika və Texnologiya, Emal Sənayesi, Turizm və Sosial Xidmətlər, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzlərinin müəllimləri iştirak ediblər.
Təlim almaniyalı və yerli ekspertlər tərəfindən aparılmış və iştirakçılara sertifikatlar təqdim olunub.

Back To Top