“HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib

Avqustun 23-də Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun dəstəyi ilə “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib.
Seminarda HACCP-ın yaranma tarixi, məqsədi, sistemin işləmə prinsipləri və nəticələri ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baş mütəxəssisi Elvin Quliyev çıxış edib.
Qida təhlükəsizliyi haqqında qanuna edilən əsas dəyişikliklərdən biri olan HASSP-a dair tələblər, mexanizmlər barədə sahibkarlara geniş təqdimat təqdim edilib.
Seminarda həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb.