“#QardaşKöməyi” platformasının yardım fəaliyyətləri geniş formada davam edir



“#QardaşKöməyi” platformasının yardım fəaliyyətləri geniş formada davam edir.
Fevralın 9-da Türkiyə Respublikasının ölkəmizdəki Fövqaladə və Səlahiyyətli səfiri Cahid Bağçı, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və “Qardaş köməyi” platformasının üzvlərinin, bir sıra ictimai birliklərin rəhbər şəxslərinin iştirakı ilə növbəti yardım maşınları qardaş Türkiyəyə yola salınıb.
Təkcə bugün yola salınan 8 tır zəruri vasitələrlə təmin edilib.
Yardımların həcmi çox böyükdür və qarşıdakı günlərdə digər tırların da hazırlanaraq yola salınması üzərində işlər davam edir.

