skip to Main Content

Naxçıvanda “Konstitusiya və suverenlik – Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Konstitusiya Və Suverenlik – Naxçıvanda Sahibkarlığın Inkişafı” Mövzusunda Konfrans Keçirilib

Aprelin 30-da Naxçıvan Sarayda “Sahibkarlar Günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib.

Tədbir, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçılar konfransdan əvvəl müasir Azərbaycan iqtisadiyyatının qurucusu olan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov tədbiri giriş nitqi ilə açıb. Daha sonra “Sahibkarlar Günü”nə həsr olunmuş film, “İnvest in Nakhchivan” veb səhifəsi, eləcə də “Güzəştli maliyyə dəstəyi” mövzusunda təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb.

Konfransda Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə heyətinin sədri, ASK-nın vitse-prezidenti Vüqar Abbasov çıxış edərək Konfederasiyanın fəalliyyəti və görülən işlər barəsində tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, konfransda aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri iştirak ediblər.

Back To Top