skip to Main Content

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında Konfederasiya nümayəndəsi çıxış etdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Iclasında Konfederasiya Nümayəndəsi çıxış Etdi

İyunun 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda yerləşən Baş Qərargahında təşkilatın Yüksək Vəzifəli Şəxslər Komitəsinin açıq sessiyası keçirilib. İclasda BSEC-in əlaqəli qurumlarının, tərəfdaş təşkilatlarının, Biznes Şurasının (BSEC BC) və Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi iştirak edib.

QDİƏT Daimi Katibliyi (BSEC PERMIS) tərəfindən QDİƏT və Avropa İttifaqı arasında layihə əsaslı əməkdaşlıq istiqamətində son dövrlərdə həyata keçirilən işlər, qarşıdakı dövr üçün fəaliyyət planı haqqında təqdimatlar dinlənilib, gələcək birgə təşəbbüslər dəstəklənib. Daha sonra QDİƏT-in Ticarət və İnkişaf Bankının (BSTDB) Xarici Əlaqələr və kommunikasiyalar üzrə direktor Haroula Kristodoulou bankın son dövrlərdəki fəaliyyəti, regionda investisiya imkanlarının genişləndirilməsi və maliyyə əməkdaşlığının gücləndirilməsi üçün təkliflərini səsləndirib.

QDİƏT Yol Nəqliyyatı Assosiyasiyaları Birliyinin (URTA) Baş katibinin müavini Alpdoğan Kahraman regionda nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr və birgə təşəbbüslərə toxunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin müdiri Afət Məmmədova çıxış edərək, ölkəmizin QDİƏT Biznes Şurasındakı (BSEC BC) sədrliyi dönəmində Konfederasiyanın həyata keçirdiyi tədbirlər  barədə məlumat verib.

O, BSEC BC-nin 65-ci İdarə Heyətinin iclası və logistika vebinarı ilə bağlı xatırladaraq Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat dəhlizindəki rolu, strateji logistika imkanları və regiondakı intermodal nəqliyyatın inkişafı mövzusunda təqdimatları diqqətə çatdırıb.

QDİƏT regionunda sərhəd keçid prosedurlarının sadələşdirilməsi, ticarət əməliyyatlarının sürətləndirilməsi və ümumi ticarət axınının gücləndirilməsinə yönəlmiş təklifləri ölkəmizin  dəstəklədiyini, Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması sahəsində fəal əməkdaşlığını və bu çərçivədə Azərbaycanın Rusiya, Gürcüstan və Qazaxıstanla rəqəmsal ticarət sahəsində məhsuldar əməkdaşlığını, yaşıl logistik prinsiplərin tətbiqinə sadiq olduğunu qeyd edib.

Back To Top