skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezident İlham Əliyevə Təbrik Məktubu

Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezident İlham Əliyevə Təbrik Məktubu

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Təbrik Məktubu

Möhtərəm Cənab Prezident !

Ölkədə uğurla həyata kecirdiyiniz daxili və xarici siyasəti daim dəstəkləyən Аzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Тəşkilatları Мilli Коnfederasiyası ölkə sahibkarlarının yekdil iradəsini ifadə edərək,  Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda 08 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sizinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Sülh Müqaviləsi layihəsinin paraflanması münasibətilə ilə səmimi qəlbdən təbrik edirik.

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan münaqişəsi 30 ildən artıq davam etmiş, ölkəmizə ağır fəsadlar gətirmişdir. Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi və uzun illər formalaşan status-kvo dəyişdi. Bu uğurlu hərbi əməliyyatlar Azərbaycanı Cənubi Qafqazın aparıcı hərbi-diplomatik güclərindən birinə çevirib. Vaşinqton sammitində səslənən qərarlar bu həlledici dönüşün siyasi davamı olaraq bölgədə yeni sabitlik və əməkdaşlıq imkanları yaratmışdır.

2020-ci ilin 8 noyabr tarixində Ordumuzun qələbəsi ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və Azərbaycanın regiondakı lider mövqeyini möhkəmləndirdi. Bu zəfərdən sonra həyata keçirilmiş diplomatik səylər sayəsində bu günkü paraflanma tarixi uğur da məhz həmin Zəfərin siyasi səviyyədə davamı və məntiqi nəticəsi oldu. Vaşinqtondakı razılaşma Azərbaycan Ordusunun şanlı qələbəsini siyasi müstəvidə yekunlaşdırmışdır.

Sülh sazişinin iqtisadi əhəmiyyəti regionda davamlı sabitliyin güclənməsi və xarici sərmayələrin artımı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz quru yolun açılması, yeni tranzit imkanlarının formalaşması və qeyri-neft sektorunun inkişafı üçün əlverişli şərait və nəqliyyat-loqistika potensialının əhəmiyyətli dərəcədə güclənməsi kimi mühüm aspektləri özündə birləşdirir. Bu təşəbbüslər sayəsində Azərbaycan genişmiqyaslı infrastruktur layihələrinə ev sahibliyi edərək, Avropa-Asiya ticarət dəhlizində strateji mövqe tutacaq. Nəticədə iqtisadiyyatımızın şaxələnməsi sürətlənəcək, qeyri-neft sahələri mühüm investisiya yönlü sektorlar olaraq formalaşacaq.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan məntiqli mövqeyi danışıqlarda müvəffəqiyyət qazanılmasını təmin etmişdir. Siz, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığını və qonşu ölkələrlə əməkdaşlığa əsaslanan münasibətləri daim vurğulamış, danışıqlarda məhz bu prinsipləri müdafiə etmisiniz. ABŞ Prezidenti Tramp çıxışında “35 il münaqişədən sonra indi tərəflər dost olublar” sözləri ilə bu tarixi razılaşmanın əhəmiyyətini vurğuladı. Eyni zamanda, Avropa Birliyi bu sənədi “dayanıqlı sülhə gedən yol” adlandırmışdır. Bütün bunlar Azərbaycanın milli maraqlarına sadiq qalaraq apardığınız fəal diplomatiyanın beynəlxalq səviyyədə dəstəkləndiyinin bariz nümunəsidir.

Sizin uzaqgörən liderliyiniz bu tarixi qələbənin əldə edilməsində həlledici rol oynamışdır. Hərbi və diplomatik səviyyədə ardıcıl strateji kurs həyata keçirməniz, həm xalq qarşısında, həm də beynəlxalq arenada ölkəmizin haqq işinə sadiqliyinizi bir daha təsdiqlədi. Bu zəfər Sizin diplomatik dühanızın və liderlik bacarığınızın böyüklüyünü bir daha nümayiş etdirdi.

Bu tarixi razılaşma ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirəcək və davamlı tərəqqi yolunda yeni üfüqlər açacaqdır. Şəxsən Sizi və bütün azərbaycanlıları bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirik.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından Sizə ən səmimi hörmət və ehtiramlarımızı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

Back To Top