skip to Main Content

Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası olub

Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III Iclası Olub

Prezidentin Qazaxıstanın paytaxtı Astanaya səfəri çərçivəsində “İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri” mövzusunda Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası təşkil olunub. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

İclasda iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın şaxələndirilməsi müzakirə edilib, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib və bir sıra şirkətlərə təşəkkürnamələr təqdim olunub. Tədbir iştirakçıları Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığının genişlənməsi, Qazaxıstan biznesinin Azərbaycandakı fəaliyyəti və iki ölkə arasında yeni tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da iştirak edib. Səfər çərçivəsində o, Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karımsakov ilə görüş keçirib. Görüşdə iki ölkə arasında sahibkarlar səviyyəsində əməkdaşlığın daha da gücləndirilməsi və qarşılıqlı biznes təşəbbüslərinin dəstəklənməsi məsələləri müzakirə olunub.

Back To Top