ASK ilə Çexiya Sahibkarlar Birlikləri Konfederasiyası arasında Anlaşma Memorandumu imzalandı
Çex Respublikasının İşəgötürənlər və Sahibkarlar Birlikləri Konfederasiyası və onun üzvü olan Çex Respublikasının İşəgötürənlər Assosiasiyaları Birliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Anlaşma memorandumları imzalanıb.
Konfederasiyanın prezidenti Məmməd Musayev təşkilatın beynəlxalq əməkdaşlıq istiqamətləri, xüsusən də Mərkəzi Asiya ölkələri ilə olan əlaqələrin inkişafı haqqında geniş məlumat verib.
Çex Respublikasının İşəgötürənlər və Sahibkarlar Birlikləri Konfederasiyasının prezidenti Yiri Horeçki ölkəmizə səfərin məqsədlərinə toxunaraq müdafiə sənayesi, qida, kənd təsərrüfatı, tikinti, təhsil, sağlamlıq, sığorta, mədənçilik, enerji sektorları üzrə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
İşgüzar səfər çərçivəsində Çexiya nümayəndə heyəti “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Əhməd Gözəl və “Xəyal Adası” MMC-nin (Dreamland) İcraçı direktoru Rafiq Şahverdiyev ilə görüşüblər. Görüş zamanı Ə.Gözəl Çexiya sahibkarları ilə ticarət əlaqələrinin inkişaf etdirilməsi, xüsusilə kənd təsərrüfatı sahəsində şirkətin Çexiya ilə əməkdaşlıq planları haqqında geniş məlumat verib.

