skip to Main Content

Qaxda fermerlər üçün “İqlim Dayanıqlığının İdarə Edilməsi” mövzusunda biznes oyunu formatında təlimlər keçirilib

Qaxda Fermerlər üçün “İqlim Dayanıqlığının İdarə Edilməsi” Mövzusunda Biznes Oyunu Formatında Təlimlər Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən ASK Biznes Konsaltinq şirkətinin təşkilatçılığı ilə 21–22 yanvar tarixlərində Qax şəhərində fermerlər üçün “İqlim Dayanıqlığının İdarə Edilməsi” mövzusunda biznes oyunu formatında təlimlər təşkil olunub.

Təlimlərin əsas məqsədi fermerlərin iqlim dəyişikliyi şəraitində təsərrüfat fəaliyyətinə uyğunlaşma imkanlarını artırmaq, innovativ yanaşmaların tətbiqini təşviq etmək və iqlim risklərinin idarə edilməsi sahəsində praktiki biliklərin formalaşdırılması olub.

Biznes oyunu çərçivəsində iştirakçılara iqlim dəyişikliyinin kənd təsərrüfatına və kiçik bizneslərə təsiri, bu təsirlərdən irəli gələn risklər, eləcə də iqlimə uyğun alət və mexanizmlərin təsərrüfat fəaliyyətində tətbiqi ilə bağlı praktiki ssenarilər təqdim edilib. İnteraktiv format fermerlərə real vəziyyətlərə yaxın nümunələr əsasında qərarvermə bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.

Təlim zamanı vurğulanıb ki, biznes oyununun məqsədi mövcud reallığı tam şəkildə modelləşdirmək deyil, fermerlər üçün mövcud fəaliyyət və inkişaf imkanlarını praktik nümunələr üzərindən nümayiş etdirməkdir.

ASK Biznes Konsaltinq tərəfindən həyata keçirilən bu cür təşəbbüslər regionlarda fəaliyyət göstərən fermerlərin dayanıqlılığının artırılmasına, iqlim dəyişikliyi çağırışlarına uyğunlaşmasına və biznes potensialının gücləndirilməsinə xidmət edir.

Back To Top