Çin şirkətləri ilə birbaşa əməkdaşlıq imkanları: B2B formatlı görüş keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən ASK Business Consulting və KAC Exponun tərəfdaşlığı ilə növbəti B2B formatlı işgüzar görüş təşkil olunub.
Tədbir çərçivəsində Çin Xalq Respublikasının müxtəlif sahələr üzrə ixtisaslaşmış və beynəlxalq təcrübəyə malik aparıcı şirkətləri ilə yerli sahibkarlar arasında birbaşa əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə əsas məqsəd – infrastruktur, tikinti, rəqəmsal texnologiyalar, yaşıl enerji, kənd təsərrüfatı, sənaye avadanlıqları, ticarət və xidmət sahələrində Çin şirkətləri ilə Azərbaycan biznesi arasında birbaşa əlaqələrin qurulması və əməkdaşlıq formatlarının müəyyənləşdirilməsi olub.
Tədbir çərçivəsində baş tutan ikitərəfli görüşlər, maraq sahələrinin müəyyən olunması və yerli sahibkarlar üçün beynəlxalq bazarlara çıxış imkanlarını artırmaq və strateji xarici əlaqələri gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.