skip to Main Content

Konfedersiyada Avstriyanın regional Ticarət Komissarı ilə görüş keçirilib

Konfedersiyada Avstriyanın Regional Ticarət Komissarı Ilə Görüş Keçirilib

Mayın 12-də Avstriyanın Türkiyə, Gürcüstan və Azərbaycan üzrə Ticarət Komissarı Gerhard Lakner ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib.

Ticarət komissarı Avstriya sahibkarlarının ölkəmizə böyük marağının olduğunu, iki ölkə arasında kənd təsərrüfatı, maşınqayırma, tikinti-infrastruktur sahələrində əməkdaşlıqları nəzərdən keçirdiklərini bildirib. Gerhard Laknerin sözlərinə görə, Avstriyanın məşhur qənnadı məhsulları istehsalçısı “Manner” şirkəti Azərbaycanın Qusar rayonunda 320 hektar ərazidə fındıq yetişdirir, həmçinin “Şahdağ Turizm Mərkəzi”ndə kanat xətlərinin Avstriya şirkəti çəkib. Azərbaycandan Avstriyaya əsas ixrac məhsulu isə neft və neft məhsullarıdır. O, bu il iyunun 11-də Vyana şəhərində Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın iclasının və biznes forumun keçiriləcəyini, noyabr ayında isə Avstriyadan biznes heyətin Bakıya səfərinin planlaşdırıldığını qeyd edib.

Konfederasiya prezidenti Məmməd Musayev əsasən turizm, ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlığın yüksək nəticələr verəcəyini, Azərbaycanın coğrafi mövqeyini, şimal-cənub, şərq-qərb dəhlizlərinin üzərində yerləşməsini nəzərə alaraq üstün tranzit rolunu qeyd edib. Həmçinin Qarabağda investisiya imkanları, biznes mühit ilə bağlı geniş məlumat verib.

Gerhard Lakner “Caspian Agro” sərgisində Avstriya şirkətlərinin  təmsil olduğunu, həmçinin cari ilin dekabr ayında Vyanada Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə ilə əməkdaşlıq məqsədilə orta dəhlizlə bağlı tədbirin keçiriləcəyini diqqətə çatdırıb.

Tərəflər gələcək əməkdaşlığı gücləndirmək üçün anlaşma memorandumunun imzalanmasını qərara alıblar.

Back To Top