ASK prezidenti Beynəlxalq Əmək Konfransında iştirak edib

İyunun 2-dən 13-dək Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv dövlətlərin hökumət nümayəndələrinin və sosial tərəfdaşların iştirakı ilə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası keçirilib. Sessiyada ölkəmizin işəgötürənlərini Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, vitse-prezidentlər Vüqar Abbasov, Jalə Hacıyeva və Baş məsləhətçi Adil Qurbanov təmsil edib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məruzə ilə çıxış ediblər. Həmçinin BƏT-in İdarə Heyəti sədrinin məruzələri, konvensiya və tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatlar dinləniləcək, bioloji təhlükələrə qarşı müdafiə tədbirləri, platforma iqtisadiyyatında layiqli iş üzrə standartların müəyyən edilməsi, layiqli əməyin təşviq olunması məqsədilə qeyri-formal məşğulluğun azaldılması istiqamətində innovativ yanaşmaların tətbiqi, 2025-ci ildə keçiriləcək İkinci Dünya Sosial İnkişaf Sammitinə BƏT-in töhfəsinə dair müzakirələr aparılıb.