Yaponiya biznes təşkilatları ilə ASK arasında əməkdaşlıq sazişləri imzalanıb

Yaponiya və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası çərçivəsində Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO və Tairiku Trading şirkəti arasında əməkdaşlıq memorandumları imzalanıb.
Memorandumların əsas istiqamətləri arasında Azərbaycan və Yaponiya arasında biznes missiyaların təşkili, qarşılıqlı sərgi və yarmarkaların keçirilməsi, ticarət və investisiya layihələrinin dəstəklənməsi, sahibkarlar arasında birbaşa əlaqələrin gücləndirilməsi kimi məsələlər vardır.
Yeni anlaşma memorandumları Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə, sahibkarların yeni bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edəcək. Bu əməkdaşlıq həmçinin Azərbaycan məhsullarının Yaponiya bazarında tanıdılmasına və ixrac potensialının artırılmasına mühüm töhfə verəcək.